1news.az

Erməni general əsgər azuqələrini ayılarına yedirib - VİDEO

18 İyun saat 17:30 ~ 1 dəqiqəlik oxu 111
Erməni general əsgər azuqələrini ayılarına yedirib - VİDEO

Ermənistanın milli təhlükəsizlik nazirliyi erməni general Manvel Qriqoryanın evi və istirahət zonasında keçirdiyi xüsusi əməliyyatın görüntüsünü yayıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik-Armeniya” xəbər yayıb.

Məlumata görə, axtarış zamanı külli miqdarda silah-sursat, həmçinin əsgərlər üçün nəzərdə tutulan azuqələr aşkarlanaraq müsadirə olunub.

General bağ evini silah-sursat anbarına və onlarla klassik və müasir avtomobildən ibarət qaraja çevirib. Bağdan eyni zamanda əsgərlərin azuqə paylarının, hərbi geyimlərinin və dərmanlarının anbarı kimi istifadə olunub.

İstirahət evinin ərazisində eyni zamanda generalın pələnglər, ayılar, tovuzquşları, dəvəquşularından ibarət şəxsi zooparkı olub. İddiaya görə, aprel döyüşləri zamanı erməni əsgərlər üçün nəzərdə tutulan ərzaq paylarını Manvel Qriqoryan öz zooparkındakı heyvanlara yedirib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net