1news.az

Erməni deputatlar Bakıya gəlir

12 Noyabr saat 15:30 ~ 1 dəqiqəlik oxu 432
Erməni deputatlar Bakıya gəlir

2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.

1news.az-ın Virtualaz.org-a istinadla verdiyi xəbərə görə, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq.

İclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.

Xatırladaq ki, bu, erməni deputatların Bakıya ilk gəlişi deyil. Belə ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iki ay əvvəl Azərbaycan paytaxtında olublar. Onlar Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının iclasında iştirak etmişdilər.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net