1news.az

Ermənistan nüvə terroru ixracatçısı kimi

19 May saat 13:17 ~ 10 dəqiqəlik oxu 778
Ermənistan nüvə terroru ixracatçısı kimi

Qarabağda, cəbhə xəttində münaqişədə status-kvonu xeyli dəyişən son gərginliyin yaranması tərəfləri yekdilliklə problemin sülh yolu ilə həllinə çağırıb  dünya aktorlarından - ABŞ, Rusiya, Qərbin diqqətini cəlb edib.

Lakin bu qlobal oyunçuların heç biri nüvə qaçaqmalçılığı ilə bağlı bir sıra ciddi bəyanatlar verən Ermənistan nümayəndələrinin, eləcə də nüvə iddialarını təsdiq edən bu ölkənin siyasi elitasının nüvə ambisiyaları barəsində heç bir reaksiya vermədi.          

Xatırladaq ki, nisbətən yaxın vaxtlarda Ermənistanın sabiq baş naziri,  parlamentin deputatı Qrant Baqratyan Ermənistanın nüvə silahına malik olması haqda sensasion bəyanatla çıxış edib. Daha sonra isə Ermənistanın hərbi elitasının nüfuzlu nümayəndələrindən biri olan Arkadi Ter - Tadovosyan  Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı “çirkli bomba” tətbiq etməyə hazır olduğunu bildirib.

Məlumdur ki, həm Ermənistanın, həm də Azərbaycanın atom enerjisi üzrə Beynəlxalq Agentliyi, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının qarşısında müəyyən öhdəlikləri vardır. Və indi münaqişə tərəflərindən biri olan  Ermənistan bütün dünya ictimaiyyətinin gözü qarşısında yalnız regional təhlükəsizlik sistemində olan tərəfə deyil, həm də bütün bəşəriyyətə qarşı faktiki olaraq meydan oxuyur.

Və bu vəziyyətdə beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması işğalçı dövlətə qarşı həqiqətən də, güzəştli münasibətə çevrilir.

Çirkli bomba nədir və o necə işləyir?

Çirkli bomba – bu eynilə radioaktiv materiallardan ionlaşdırıcı radiasiya ilə dağıdıcı element kimi istifadə olunan kütləvi radioloji qırğın silahıdır (KQS). 

Silah radioaktiv materiallar əsasında istehsal olunur.

Radioloji silahların sınaqdan keçirilməsi və emalı Sovet İttifaqı tərəfindən tam nüvə silahının ucuz  əvəzedicisinin yaradılması dövrlərində həyata keçirilmişdir. Yeri gəlmişkən, mütəxəssislər istisna etmirlər ki, 1986 – cı ilin aprel ayında Çernobıl AES - də baş verən qəzanın aqibəti çirkli bombanın tətbiqinin nəticəsi ola bilərdi, ən başlıcası isə odur ki, bir çox alimlər çirkli bombanı terrorçuların silahı adlandırırlar.

Xatırladaq ki, çirkli bombadan istifadə barədəki təhdidlər nüvə materiallarının qanunsuz satışına cəhd göstərən üç Ermənistan vətəndaşını həbs edən Gürcüstan xüsusi xidmət orqanlarının məşhur əməliyyatları fonunda səslənib.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi məlumatına əsasən, Ermənistan vətəndaşları 200 milyon ABŞ dolları həcmində uran (U238) satmağa cəhd göstərib.

Sosial-iqtisadi dislokasiya, maliyyə baxımından müflisləşmə kimi bəzi mühüm amilləri nəzərə alsaq onda Ermənistan üçün bu məbləğin çox ciddi olduğunu görərik və aydındır ki, bu iri maliyyə əməliyyatlarının həyata keçirilməsi yuxarıların “hamiliyi” olmadan qeyri - mümkündür.

Digər tərəfdən, bu fakt da göstərir ki, Sarkisyan rejimi terrorizmin maliyyələşdirilməsinə doğru növbəti addım atır. Bu dəfə - nüvə materialları olaraq.

Ermənistan – nüvə terorizminin sponsorudur

Oxşar fikirləri tanınmış rusiyalı ekspert Dmitri Verxoturov da ifadə edib.

"Bu fakt Ermənistan vətəndaşlarının uranın qanunsuz satışı cəhdinə nüvə terrorçuluğu kontekstində baxmağa imkan verir.   Belə qısa məlumatlarla bu nüvə materialları nədir və haradan əldə edilib, lakin ehtimal etmək olur ki, bu,Ermənistanın öz ərazisində hasil olunan konsentrat olaraq təbii urandır.  Onu həqiqətən də 200 litrlik çəlləkdə TUK –44/8 (ТУК-44/8) komplektdə daşıyırlar,  bu da " zavod istehsalı konteyner"  ola bilər. "

Əgər həbs olunan vətəndaşlar bu partiya uranı 200 milyon dollara satmağa cəhd ediblərsə,  o zaman bu  orta qiymətlə 2285,6  ton konsentrat oksidi – uran oksidi edir. Bu böyük bir məbləğdir. Belə olan halda ehtimal etmək olar ki, Ermənistanda uran Qafan şəhəri tərəflərindəki yataqda əldə edilir (təxminən səkkiz il əvvəl orada Rusiya ilə birlikdə uran hasilatına başlamağı çalışırdılar).  Amma bu hasilat açıqlanmır, bəlkə, hətta qanunsuz sayılır. Əgər bu belədirsə, o zaman  biz uranın qanunsuz ixracı üçün kanal yaratmaq cəhdi ilə qarşılaşmış oluruq", - bunu rusiyalı ekspert 1news.az- a müsahibəsində deyib.

Metsamor atom elektrik stansiyası və real risklər

Yeri gəlmişkən qeyd etməliyik ki, Ermənistan vətəndaşlarının radioaktiv elementləri satış cəhdləri ilk dəfə deyildir, bu müxtəlif dövrlərdə - 2003, 2009, 20011-ci illərdə baş vermişdir.

Maraqlıdır ki, erməni siyasətçilərinin çirkli bombanın yaradılmasının zəruriliyi barəsindəki açıq bəyanatları indi- Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının bağlanması haqqında məsələ xeyli dərəcədə aktuallaşdığı zaman səsləndirildi.

Belə ki, Metsamor atom elektrik stansiyası nəinki Qafqaz regionu üçün, həm də artıq avropa ölkələrinin də etiraf etdiyi kimi, daha ciddi miqyasda böyük təhlükədir.

Öz növbəsində Azərbaycan  müxtəlif beynəlxalq formatlarda bu məsələni qaldıraraq, Sovet dövründə tikilmiş Metsamor AES-nin istifadəsi ilə bağlı həm öz narazılığını, həm də narahatlığını dəfələrlə bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

Belə ki, bu məsələ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Məhəmməd Əl-Baradeyi ilə görüş zamanı 2002-ci ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən qaldırılıb.

Daha sonra AES-də müvafiq monitorinq aparılaraq  stansiyanın istifadəsinə 2013-ci ilə qədər icazə verilmişdi. Lakin bu müddətdən sonra   AES ya modifikasiya edilməli və ya fəaliyyəti dayandırılmalı idi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin dəfələrlə Metsamor AES probleminə dünyanın diqqətini cəlb edir və bu köhnəlmiş AES – nın istismarı nəticəsində yaranan risklərə qarşı müvafiq tədbirləri görməyə çağırmışdır.

İşğal olunmuş ərazilərdə nüvə təxribatı

Artıq qeyd olunduğu kimi, Metsamor AES – in daşıdığı  ekoloji təhlükə ilə yanaşı, ekspertlər Ermənistana nüvə materiallarının qanunsuz istifadəsi və satışı zəncirinin real iştirakçısı kimi baxırlar. 

Bəzi məlumatlara görə, Ermənistanda nüvə materiallarının istehsalı yarana bilər ki, bu da qaçaqmalçılıq hallarının sayının artmasına səbəb olmasına və dünya təhlükəsizliyi ilə yanaşı bir çox təhlükəyə gətirib çıxarır.

Məsələn, "Ukraynada Siyasi xəbərlər" adlı nəşrin veynəlxalq icmalçısı İqor Şevırevin  sözlərinə görə Metsamor AES  yalnız  çirkli bomba yaratmaq üçün lazım olan radiasiya tullantılarının mənbəyi deyil,  eyni zamanda nüvə sınaqlarının keçirilməsi üzrə gizli laboratoriyadır. (mənbə: Haqqin.az)

İcmalçı xəbərdarlıq edir ki, Qarabağı saxlamaq mümkün olmadığından Ermənistan təkbaşına Azərbaycana qarşı yönəlmiş nüvə təxribatına əl ata bilər.

Bununla yanaşı, o hesab edir ki, Metsamor AES-in təhlükəsi tamamilə realdır, çünki ermənilər gec-tez Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq məcburiyyətində qalacağı düşüncəsi ilə Dağlıq Qarabağın ərazisində radioaktiv yoluxma keçirə bilərlər.

Öz növbəsində rusiyalı ekspert Vitali Juravlyov seysmik təhlükəli zonalarda  atom elektrik stansiyalarının olması səbəbi ilə ekoloqların narahatlığını tamamilə əsaslı hesab edir.

"Metsamor AES Ermənistanın elektrik enerjisinin cəmi üçdə birini istehsal edir və onun dayandırılması yalnız yeni AES  tikiləcəyi halda həyata ola bilər,  bunun üçün də İrəvanın əlində olmayan böyük investisiyalar lazımdır.  Çirkli bombalara gəlincə, bəlkə də onlar qaçaq nüvə materiallarından İŞİD terorçuları tərəfindən Avropa dövlətləri, Rusiya və İsrail əleyhinə istifadə edilməsi məqsədi ilə istehsal oluna bilər, belə ki, bu mövzu reallığı əks etdirə bilər.

Biz hamımız gözəl başa düşürük ki, potensial terrorçular əllərində mövcud olacaq hər cür asimmetrik silahdan istifadə edə bilər. Lakin mənim fikrimcə, əsas terrorçu qruplaşmaların və cinayətkar sindikatların fəaliyyəti, əsasən müəyyən qurumlar tərəfindən gizli şəkildə nəzarətdə saxlanılır və genişmiqyaslı tədbirlərin həyata keçirilməsi müvafiq nəzarət mərkəzlərindən işarənin verilməsini nəzərdə tutur”-  1news.az-a müsahibəsində Juravlyov bildirib.

Mövcud olan faktlar

Beynəlxalq ictimaiyyətin xüsusi diqqətini tələb edən daha bir sual beynəlxalq sanksiyalara zidd olaraq ermənilərin silah tədarükü ilə əlaqəlidir.

Bu günə qədər Wikileaks sənədlərində açıqlanmış belə  faktlar var ki, ABŞ Dövlət departamenti Ermənistan Respublikasının rəhbərliyini məktub (2008 – ci ilin dekabr ayı tarixli)  ilə məzəmmət etmişdir, dövlət katibinin müavini Con Neqropont məktubda təfərrüatları belə göstərmişdir ki, ABŞ silahlı qüvvələri İraqda döyüşlər zamanı şiə üsyançılardan silahlarını müsadirə edib. Silahların seriya nömrələri ilə aparılan araşdırmalar Bolqarıstan istehsalçıları ( "Vazovsk Maşınqayırma zavodu" və "Arsenal") və Ermənistan hökuməti arasında silah satışı üzrə gizli sövdələşməni ortaya çıxarıb. 

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı bununla bağlı məqaləsində xatırladır ki, bolqar istehsalı olan 1000 ədəd 1000 ədəd RPQ – 22 tank əleyhinə qumbaraatan və 260 ədəd iriçaplı pulemyotların alqı – satqısı  2003-ci ilin yanvar ayında həyata keçirilib.  Ermənistanın indiki prezidenti Serj Sarkisyan (o zaman müdafiə naziri) bütün beynəlxalq sanksiyalara baxmayaraq İrana (buradan o, çox güman ki, üsyançıların əlinə düşdü) silah verilməsi və alınmasında şəxsən iştirak edib.

Yazılarda qeyd olunur ki, Sarkisyan bolqar istehsalçılarına şəxsən zəmanət vermişdir ki, silahlar Ermənistanda qalacaq və heç bir ölkəyə alınıb -  satılmayacaq. Lakin həmişə olduğu kimi, Ermənistan prezidenti verdiyi sözü tutmayıb.

Alman qəzeti “Der Spiegel”in verdiyi məlumata əsasən, Ermənistanın aldığı, lakin İraqda şiə üsyançıların əlinə keçən  silahlar ilə  nəticədə Amerika itkiyə düçar olmuş,  içində 31 yanvar 2008-ci il tarixində pusqu zamanı RPQ (reaktiv tanəleyhinə qumbaraatanı) -nin istifadəsi ilə öldürülmüş  ABŞ silahlı qüvvələrinin serjantı olmaqla ən azı 10 nəfər növbəti aylarda qətlə yetirilib.  

Artıq qanunsuz sılah qaçaqmalçılığı ilə məşğul olan ölkə nüvə qaçaqmalçılığı zəncirinə cəlb oluna bilərmi? Bu ritorik məsələdir.

Məlumdur ki, MAQATE nüvə sahəsində aparılan işlər üzərində nəzarətə və bu işlərin hərbi məqsədlərlə istifadəsinə yol verilməməsinə görə cavabdehdir.

Ermənistan hərbi məqsədlərlə nüvə silahının yayılmaması haqqında (NSYM) müqaviləni imzalamış BMT-nin üzvüdür.

Bugünki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda tətbiq etməsi məqsədilə radioaktiv silah hazırladığı ehtimalının olmasına vəziyyətindəı, dünya birliyi, ilk növbədə MAQATE, bu məsələyə bütün ciddiliyi ilə yanaşmalıdır.

Əgər MAQATE radioaktiv elementlərin Ermənistanda aidiyyəti üzrə istifadə olunmadığını aşkar edərsə,  həmçinin onların qaçaqmalçılığının mümkün olması təsdiq edilərsə, bu məsələ mütləq BMT-də müzakirə olunmalıdır.

Vaxtilə, beynəlxalq ictimaiyyət bioloji silahların hazırlanmasında təqsirli bilinən İraqa (Səddam Hüseyn dövründə) qarşı çox sərt tədbirlər həyata keçirdi. Eyni zamanda İranın hərbi məqsədlərlə nüvə hazırlanmasında şübhələr səbəbindən barəsində beynəlxalq sanksiyalar tətbiq edilmişdir. Halbuki, bu ölkələrdən heç biri hərbi – siyasi  qarşıdırmada olduğu digər ölkəyə qarşı radioaktiv silahdan istifadəyə hazır olduğunu elan etməmişdir.

Lakin indi də, Ermənistanın radioaktiv silah ilə Azərbaycanı açıq şəkildə hədələdiyi bir vaxtda Bakının əlində əsas var ki, onun barəsində beynəlxalq təşkilatlara müraciət edərək, nüvə terrorizminin qarşısının alınmasına yönəldilmiş müvafiq tədbirlərin görülməsini tələb etsin.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Köşə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net