Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb – FOTO

17:06 - 23 / 10 / 2018
Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb – FOTO

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov oktyabrın 23-də ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, ölkəmizdə mövcud olan multikultural, tolerant cəmiyyətdən danışıb.

Bildirib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi dövlətdir. Dünyada dinlər arasında baş verən qarşıdurmalara, ayrı-seçkiliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, Alban kilsəsi də fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycan ilə İslam ölkələri arasında əlaqələrə, respublikamızın İslam Əməkdaşlıq Təşkilatına verdiyi töhfələrə də toxunub.

Əli Həsənov, həmçinin qonaqlara Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi şərəfli yol, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə olunan nailiyyətlər, xüsusilə də qeyri-neft sektorunun, turizmin inkişafı istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib.

Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Ərəb ölkələrinin media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda müşahidə etdikləri inkişaf prosesinin onlarda zəngin təəssürat yaratdığını vurğulayıblar.

S.Xankişiyeva

Paylaş:
411

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər