“Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti" kitabı təqdim edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti" kitabı təqdim edilib

17:00 - 20 / 10 / 2017
“Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti" kitabı təqdim edilib

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədovun müəllifi olduğu “Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti” adlı kitabın təqdimatı mərasimi keçirilib.

1news.az-a Mərkəzdən verilən məlumata görə, mərasimi açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib qurumun fəaliyyət istiqamətlərindən biri də həm Misirin, həm də Azərbaycanın görkəmli ziyalılarının, elm xadimlərinin həyatı və yaradıcılığı ilə tanış olmaq, onların əsərlərinin təqdimatını keçirməkdən ibarətdir.

Mərkəzin rəhbəri deyib: “Kitab müasir ərəb dilinin tədrisində və nəzəri cəhətdən öyrənilməsində, müasir ərəb” dilinin tədrisinin metodikasının dəqiqləşdirilməsində, tərcümə nəzəriyyəsi və praktikasında və ayrı-ayrı dillərin funksional-üslubi bölgüsünün aparılmasında faydalı ola biləcəyini düşünürəm”.

Təqdimat mərasimində çıxış edənlər AMEA Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov, AMEA Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri professor Kamandar Şərifov, Azərbaycan Dillər Universitetinin ərəb dili müəlliməsi Ülviyyə  Hüseynova, BDU Ərəb filologiyası kafedrasının dosenti Könül Məmmədova  və BDU-nun Ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva  bildirmişlər ki, BDU-nun Şərqşünaslıq və İlahiyyat fakültəsinin bakalavr  pilləsinin tələbələri və magistrlarantları üçün nəzərdə tutulan bu kitabdan doktorantlar, müəllimlər, tərcüməçilər və geniş oxucu kütləsi də faydalana bilər.

P.Sultanova

Paylaş:
1650

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər