Ərdoğan: “İslam Əməkdaşlıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: “İslam Əməkdaşlıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi”

21:15 - 13 / 12 / 2017
Ərdoğan: “İslam Əməkdaşlıq Təşkilatı tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını dünyaya göstərdi”

“İslam Əməkdaşlıq Təşkilatı missiyasına uyğun olaraq tarixi sammit keçirdi, Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdi”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, ABŞ hüquq və əxlaqdan uzaq qərar qəbul edib: “Trampın ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi barədə qəbul etdiyi qərarın bizim üçün əhəmiyyəti yoxdur, özü çalar, özü oynayar. Qüds təkcə müsəlmanların deyil, bütün dünyanın məsələsidir”.

Türkiyə prezidenti bildirib ki, yekun Bəyannamə “Qüdsə azadlıq” adı altında qəbul edilib: “ABŞ-ın qərarı yanlışdır, xətada israr etməyin mənası yoxdur. BMT Təhlükəsizlik Şurasının 478 saylı qərarında ABŞ-ın da imzası var. Donald Tramp BMT Təhlükəsizlik Şurasının ABŞ-ın imzasının da olduğu qərarını necə yox saya bilər? Qüds qadın və uşaqları öldürərək sərhədlərini genişləndirən birinin ümidinə buraxıla bilməz. İşğalçı, terrorçu, qadın və uşaqlara işgəncə verən İsraili Donald Tramp necə dəstəkləyə bilər? İŞİD terror təşkilatına qarşı PYD/YPG terror təşkilatını dəstəkləyən Tramp bunu edə bilər. İƏT-in qərarı sammitdə bir ittifaqın yarandığını göstərir. Biz Qüds mücadiləmizi davam etdirəcəyik”.

Ərdoğan qeyd edib ki, İsrail 1947-ci ildən Fələstin torpaqlarını addım-addım işğal etməkdədir: "Qüdsün tarixi xarakterinin qorunması vacibdir. Biz 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması uğrunda mübarizəmizi davam etdirəcəyik. Fələstin dövlətini tanımamış bütün dövlətlərə Fələstini tanımağa çağırırıq. Artıq bizim nəzərimizdə Fələstinin paytaxtı Şərqi Qüdsdür. Digər dövlətləri də paytaxtı işğal altındakı Qüds olan Fələstin dövlətini tanımağa çağırıram”.

Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

1news.az

Paylaş:
687

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər