Ərdoğan ABŞ-a səsləndi: Sizin terrorçulara pulsuz verdiyiniz silahlar yavaş-yavaş bizim əlimizə keçir | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan ABŞ-a səsləndi: Sizin terrorçulara pulsuz verdiyiniz silahlar yavaş-yavaş bizim əlimizə keçir

17:12 - 20 / 03 / 2018
Ərdoğan ABŞ-a səsləndi: Sizin terrorçulara pulsuz verdiyiniz silahlar yavaş-yavaş bizim əlimizə keçir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında çıxışında deyib ki, Türkiyə ilə strateji tərəfdaş olduğunu bəyan edən ABŞ terrorçularla əməkdaşlıq edir.

Ərdoğan ABŞ-ın Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib: "Türkiyə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən, bu yerləri terror təşkilatlarından birgə təmizləməyi təklif edən zaman harada idiniz? Siz bizə PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyini söyləmişdiniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyəndə bizə inanmamışdınız. Buyurun, indi Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYD/YPG-ni necə təmizlədiyinə baxın.

ABŞ bir tərəfdən Türkiyə ilə strateji tərəfdaş olduğunu deyir, digər tərəfdən terrorçularla əməkdaşlıq edir. Əgər bizimlə strateji ortaqsınızsa, bizimlə bərabər hərəkət edəcəksiniz. Ancaq ABŞ bizi aldatmağa çalışdı. PYD/YPG terrorçularına 5 min yük maşını silah və texnika verdiniz. Biz pulumuzla sizdən silah almaq istəyən zaman bu silahları bizə satmadınız, ancaq terror təşkilatına həmin silahları pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır, biz qovuruq. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir, keçəcək"

Türkiyə prezidenti Afrin əməliyyatı başlayan zaman Qərb ölkələrinin əməliyyatın tez sona çatdırılması barədə çağırışlarını xatırladıb: "Biz Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik. Aslanlar meydana çıxanda çaqqallar qaçar. PYD/YPG terrorçularının bizimlə savaşmaq üçün hazırladıqları mövqelər, sığınacaqlar onlara məzar oldu. Mülki şəxslərin arxasında gizlənərək bu qədər dözə bildilər. Əməliyyat zamanı mülki şəxslərə ziyan dəyməsi barədə iddiaların da əsassız olduğunu sübut etdik. Bundan sonra Afrin bölgəsini o yerlərin əsl sahibi olan qardaşlarımız üçün yaşanacaq hala gətirməyə çalışacağıq ".

Ərdoğan ötən müddət ərzində 3647 PYD/YPG terrorçusunun zərərsizləşdirildiyini də açıqlayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri nəzarətə götürülüb. Martın 19-da Afrin bölgəsi tamamilə AYD/YPG terrorçularından təmizlənib.

1news.az

Paylaş:
616

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər