Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – FOTO – VİDEO

11:02 - 26 / 09 / 2018
Əmisi 10 ildən sonra dünyaya gələn məktəblinin ölümündən danışdı – FOTO – VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdi dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, hadisə sentyabrın 24-də tənəffüs zamanı yaşanıb. Belə ki, Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosika olan çörək yeyən zaman boğulmağa başlayıb. Uşağı təcili məktəbin tibb bacısının yanına aparıblar və təcili tibbi yardım çağırılıb.

Təcili yardım gəlsə də azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, uşaq 10 ildən sonra dünyaya gəlib.

Uşağın əmisi Namus Rzaquliyev bildirib ki, onun boğazında anginası var idi və qarşıdakı aylarda əməliyyat olunacaqdı.

Məktəblinin dəfnində məktəb rəhbərliyi ilə yanaşı şagirdlər də iştirak ediblər.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Sabunçu rayon Polis İdarəsindən 1news.az-a bildiriblər ki, aparılan araşdırma zamanı uşağın dilinin qatlanmasından öldüyü təsbit edilib:

“Dilinin qatlanmasına səbəb isə yüksək temperaturla məktəbə gedən uşaqda qıcolmanın yaranması səbəb ola bilər. Eyni zamanda uşaq yeməkdən də boğula bilər. Bütün bunlar ilkin ehtimallardır. Uşağın ölümünün dəqiq səbəbi aparılan araşdırmalardan sonra bilinəcək”- deyə, idarədən bildiriblər.

Mövzu ilə əlaqədar:

Məktəbdə faciə: 2-ci sinif şagirdi dünyasını dəyişib

1news.az

Paylaş:
1790

Son xəbərlər

Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33
Bütün xəbərlər