Əmanəti “batan”lara şad xəbər: milyonlar geri qaytarılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmanəti “batan”lara şad xəbər: milyonlar geri qaytarılır

11:57 - 19 / 09 / 2018
Əmanəti “batan”lara şad xəbər: milyonlar geri qaytarılır

Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir.

1news.az-ın məlumatına görə, bunu iqtisadçı alim Vüqar Bayramov Konstitusiya Məhkəməsinin əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərara münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, müflis olan banklarda bonuslu əmanətlərin qorunan olub-olmaması müəyyənləşdirilən zaman qorunan faizlərin hesablanmasında problemlər var idi:

"Xüsusən də "Dəmirbank”ın əmanətçilərinin bir qismi öz qorunan əmanətlərini ala bilmirdilər. Sözügedən bank daha çox əmanət cəlb etmək üçün bonus kampaniyaları keçirirdi. Belə kampaniyalar həmçinin qorunan əmanətlərə aid edilirdi. Əmanətlərin Sığortalanması Fondu isə bankların ödədiyi bonusun faiz dərəcələrinə daxil edilib-edilməməsi barədə qərar verə bilmədiyi üçün bəzi əmanətlər qorunmayan hesab edilirdi və nəticədə vətəndaş öz pulunu geri ala bilmirdi.

Məsələn, müflis olmuş bank 15 faizlə qorunan manat əmanəti qəbul edir və illik əlavə olaraq 2 faiz bonus ödəyir. Bu halda sual yaranırdı ki, həmin əmanətin faizi 15-dir, yoxsa 17? Belə ki, 15 faiz sığortalanandır, amma 17 faizli əmanət qorunmur. Konstitusiya Məhkəməsinin sonuncu qərarına əsasən, əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Bu isə o deməkdir, Konstitusiya Məhkəməsi əmanətçilərin xeyirinə qərar çıxarıb və 2 faiz bonus olan maksimum sığortalanan faizlə cəlb edilən əmanət müqavilələrində divident faizi 17 yox, 15-dir. Yəni həmin əmanətlər qorunur və geri qaytarılmalıdır”.

İqtisadçı bildirib ki, bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər:

"Söhbət milyonlarla manatla ifadə olunan əmanətlərin geri qaytarılmasına başlanılmasından gedir. Bu baxımdan bonus səbəbindən qorunan əmanətlərindən mərhum edilən əmanətçilər fonda müraciət etməklə öz pullarını artıq geri ala bilərlər. Konstitusiya Məhkəməsinin son qərarı bonus səbəbindən geri qaytarılmayan əmanətlərin sahiblərinə hətta bu gün fonda müraciət edib pullarını tam olaraq geri almaq imkanı yaratdı”.

1news.az

Paylaş:
5061

Son xəbərlər

Sumqayıtda 7 yaşlı uşağın ölümə səbəb olmaqda ittiham olunan məşqçiyə hökm oxunduBu gün, 14:51“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEOBu gün, 14:45“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilibBu gün, 14:39Milli Məclisin 29 martda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 14:36“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılırBu gün, 14:25AYNA xəbərdarlıq edir: Taksi sürücülərinin təlimlərdə əyani iştirakı mütləqdir!Bu gün, 14:15Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”Bu gün, 14:10Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilirBu gün, 13:56Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38
Bütün xəbərlər