Elmira Əmrahqızının “Mən jurnalistəm!” deməyə haqqı var idi... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmira Əmrahqızının “Mən jurnalistəm!” deməyə haqqı var idi... – FOTO

16:25 - 18 / 11 / 2017
Elmira Əmrahqızının “Mən jurnalistəm!” deməyə haqqı var idi... – FOTO

“Mən jurnalistəm…”. Bu sözlər görkəmli jurnalist, “Qızıl qələm”, H.Zərdabi yaradıcılıq mükafatları laureatı Elmira Əmrahqızının o qədər də uzun olmayan ömür yolunun leytmotivi kimi səslənir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə,1974-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra Azərbaycan Teleradio Verilişləri Komitəsində çalışan, “Bakı” və “Baku” qəzetlərində, “Ulduz”, “Azərbaycan qadını” jurnallarında və digər mətbu orqanlarda bir-birindən maraqlı yazılarla çıxış edən mərhum jurnalistin həyatının son illəri “Azadlıq” radiosu ilə bağlı olub. Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərində xalqımızın azadlıq uğrunda apardığı mübarizə, bu yolda üzləşdiyi faciələr, müstəqillik yolunda atdığı addımlar - ölkəmizin ictimai-siyasi həyatının rəngarəng palitrası bütün çalarları ilə Elmira Əmrahqızının radio reportajları vasitəsilə dünyaya yayılırdı.

Bu fikirlər noyabrın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) akt zalında istedadlı qələm sahibi Elmira Əmrahqızının “Mən jurnalistəm…” kitabının təqdimat mərasimində səslənib.

Mərasimin əvvəlində iştirakçılar mərhum jurnalistin həyatının ayrı-ayrı məqamlarını əks etdirən videoçarxı izlədilər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova həmkarı Elmira Əmrahqızı ilə 30 ildən artıq davam edən dostluq münasibətlərindən, onun jurnalist kimi yaradıcılıq keyfiyyətlərindən, vətəndaş mövqeyindən və səmimiyyətindən danışaraq dedi: “Elmira xanım gənc nəslə, yeni jurnalist kadrlara örnək ola biləcək ömür yaşayıb, jurnalistika naminə çox böyük fədakarlıqlar edib. O, həm peşəkar jurnalist, həm də səmimi dost idi. Mən adaşımın xarakterinin bir cəhətini də xüsusi qeyd etmək istəyirəm. Elmira çox cəsarətli xanım idi. Biz onun xarakterinin bu cəhətinə qanlı 20 Yanvar günlərində bir daha şahid olduq. Elmira həmin hadisələr haqqında dünyaya car çəkən qələm sahiblərinin birincilərindən idi. Onun xatirəsinə həsr olunmuş “Mən jurnalistəm” kitabı unudulmaz həmkarımızı sevənlərə dəyərli töhfədir”.

Elmira Əmrahqızının tələbə yoldaşları Sədaqət Kərimova, İsaq Əmənullayev, həmkarları Vasif Səmədov, Yaşar Quluzadə, iş yoldaşı Aynur Bəşirli çıxış edərək onun müxbir, reportyor və rəhbər kimi məziyyətlərindən danışıb, yazdığı məqalələrin, hazırladığı reportajların bədii-publisistik keyfiyyətlərindən, sosial əhəmiyyətindən və ən nəhayət, narahat vətəndaş mövqeyindən danışdılar, xatirələrini bölüşdülər.

“Mən jurnalistəm…” kitabı barədə danışanlar xüsusi qeyd etdilər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvada SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra güclü təqib və təzyiqə məruz qaldığı dövrdə ilk dəfə Ulu Öndərdən müsahibə alan Elmira Əmrahqızı olub. Həmin müsahibənin tam mətni “Mən jurnalistəm…” kitabında dərc olunub. Bununla yanaşı, kitabda Elmira Əmrahqızının həmkarlarının, qələm dostlarının, yaxınlarının onun barəsində xatirələri, mərhum jurnalistin ayrı-ayrı vaxtlarda qəzet və jurnallarda dərc olunmuş müsahibə və məqalələri, efirdə səslənən seçilmiş reportajları, eləcə də onunla bağlı xatirələr və ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər yer alıb.

AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov Elmira Əmrahqızının etibarlı dost, qayğıkeş yol yoldaşı və öz işinin peşəkarı olduğunu vurğuladı, mərhum həmkarı barədə maraqlı xatirələrini bölüşdü.

Mərhum jurnalist Elmira Əmrahqızının oğlu Abdulla Abdullayev anasının xatirəsinə həsr olunmuş “Mən jurnalistəm…” kitabının ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə AZƏRTAC-ın rəhbərliyinə və iştirakçılara ailə üzvləri adından dərin təşəkkürünü bildirdi.

“Mən jurnalistəm…” kitabının nüsxələri tədbir iştirakçılarına paylanıldı.

S.Xankişiyeva

 

Paylaş:
928

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər