Elmi müəssisələrin akkreditasiyası qaydaları təsdiqlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmi müəssisələrin akkreditasiyası qaydaları təsdiqlənib

13:23 - 16 / 12 / 2017
Elmi müəssisələrin akkreditasiyası qaydaları təsdiqlənib

Nazirlər Kabinetinin təsdiqlədiyi “Elmi müəssisələrin akkreditasiyası Qaydası”ına əsasən, Azərbaycanda elmi müəssisələrin akkreditasiyası son 5 illik fəaliyyət qiymətləndirilməklə aparılacaq.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu qayda tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) akkreditasiyasının keçirilməsi, akkreditasiya barədə şəhadətnamələrin verilməsi qaydasını müəyyən edir.

Elmi müəssisələrin akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin maddi-teхniki bazasının və infrastrukturunun, elmi prоqramlarının, elmi tədqiqatlarının nəticə-lərinin və səmərəliliyinin, kadr pоtensialının, maliyyə resurslarının nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.

Müəssisələrin akkreditasiyası onların elmi fəaliy-yətlərinin qiymətləndirilməsi əsasında elmi müəssisələrin akkreditasiyası qurumu - Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir.

Akkreditasiya elmi müəssisələrin son 5 illik fəaliyyətini qiymətləndirməklə aparılır.

Akkreditasiya Komissiya tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir və bu barədə rəsmi müraciətin edildiyi vaxtdan 3 ay müddətində həyata keçirilir.

Akkreditasiya sənədlərin ekspertizası, elmi müəssisələrdə yerində baxış keçirilməsi yolu ilə həyata keçirilir. Akkreditasiya edilən elmi müəssisələr Komissiyanın normal fəaliyyəti üçün şərait yaradır.

Elmi müəssisə Komissiyaya aşağıdakı sənədləri təqdim edir:

  1. akkreditasiyadan keçmə barədə ərizə,
  2. elmi müəssisənin - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri,
  3. kadr potensialı, maddi-texniki bazası, infrastrukturu, beynəlxalq əlaqələri, elmi nəticələrin istehsalatda tətbiqi, nəşr olunmuş məqalələrin sayı haqqında məlumat,
  4. elmi müəssisənin fəaliyyətinin əsas göstəriciləri barədə məlumatları özündə əks etdirən sənədlərin müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş surətləri,
  5. təqdim edilmiş sənədlərin siyahısı.

Komissiya 10 iş günü müddətində sənədlərin düzgünlüyünü və tamlığını yoxlayır. Komissiya sənədlərin düzgünlüyü və akkreditasiya prosedurunun başlanma tarixi barədə ərizəçiyə bildiriş göndərir.

Sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar olduqda, Komissiya bu barədə müşayiət məktubu ilə sənədləri ərizəçiyə qaytarır. Ərizəçinin sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etmək hüququ var.

Komissiya lmi müəssisənin fəaliyyətini qiymətləndirərək, müəssisənin akkreditasiyadan keçib keçməməsi barədə müvafiq qərar qəbul edir.

Akkreditasiyadan keçmiş elmi müəssisəyə Komissiya tərəfindən akkreditasiya haqqında şəhadətnamə verilir.

Elmi müəssisənin akkreditasiyadan keçməsi barədə qərar qəbul edildiyi gündən etibarən 10 iş günü müddətində Komissiya akkreditasiya haqqında şəhadətnaməni ərizəçiyə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Şəhadətnaməni 10 iş günü müddətində təqdim etmək mümkün olmadıqda, o, poçt vasitəsilə ərizəçiyə göndərilir.

Akkreditasiyadan keçməmiş elmi müəssisələrə bu barədə Komissiyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surəti göndərilir.

Akkreditasiyadan keçə bilməyən elmi müəssisələr 3 il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdirlər. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

Elmi müəssisə ləğv edildikdə və ya yenidən təşkil olunduqda, həmin müəssisənin akkreditasiya barədə şəhadətnaməsi qüvvədən düşür.

S.Xankişiyeva

 

Paylaş:
587

Son xəbərlər

ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03
Bütün xəbərlər