Elmar Məmmədyarov mühasirədə olan Şuşada - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov mühasirədə olan Şuşada - FOTO

10:54 - 12 / 11 / 2018
Elmar Məmmədyarov mühasirədə olan Şuşada - FOTO

Bu gündən etibarən 1news.az informasiya agentliyi tariximizin maraqlı epizodları barədə saytda məlumat yerləşdirməyə başlayır.

Bu, onlardan birincisidir.

Bu foto 1992-ci ilin yanvarında qədim Azərbaycan şəhəri Şuşanın erməni silahlıları tərəfindən mühasirədə olduğu zaman çəkilib.

Fotoda 1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən, hazırkı xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin XİN-in digər şöbəsinin müdiri, hazırda Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyev, eləcə də dövlət protokol şöbəsinin birinci katibi olmuş, indi SOCAR-da çalışan Murad Əliyevdir.

Foto Şuşanın İcra Hakimiyyətinin binasında çəkilib. Orada həmçinin İH əməkdaşı da var.

Şəhərin IV hissəsini də əhatə edir.ATƏT-in nümayəndə heyyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edib. Səfər zamanı nümayəndə heyyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olub.

O zaman 1995-ci il yanvarın 1-də adı ATƏT-ə dəyişdirilmiş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin missiyası Ermənistan tərəfindən törədilən təcavüz faktlarını müəyyən etmək üçün Azərbaycana səfər edib. Bu, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında ATƏM-in vasitəçiliyində ilk cəhddir.

Həmin vaxt Şuşaya getmək mümkün deyildi və Azərbaycan diplomatları helikopter vasitəsilə missiyanın səfərini təşkil etmişdi. Yolda hətta helikopter ermənilər tərəfdən atəşə tutulub.

1news.az

Paylaş:
1229

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər