Elmar Məmmədyarov Parisdə həmsədrlərlə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə həmsədrlər - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şeferlə (ABŞ) yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.
Qeyd edək ki, sabah Parisdə Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziriZöhrab Mnatsakanyan arasında vasitəçiliyi ilə görüş keçiriləcək.
P.Sultanova
405