Elmar Məmmədyarov: İrəvanın tezliklə Qarabağ danışıqlarını davam etdirəcəyinə ümid edirik | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: İrəvanın tezliklə Qarabağ danışıqlarını davam etdirəcəyinə ümid edirik

13:26 - 23 / 10 / 2018
Elmar Məmmədyarov: İrəvanın tezliklə Qarabağ danışıqlarını davam etdirəcəyinə ümid edirik

Azərbaycan münaqişənin mərhələli həll olunması prosesini başlamaq məqsədi ilə Dağlıq Qarabağmünaqişəsinin tənzimlənməsi ı üzrə substantiv danışıqları davam etdirməyə hazırdır.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA-Novosti agentliyinə müsahibəsində deyib.

"Bundan əlavə, son vaxtlardakı danışıqların gedişatını izləsəniz, məhz rəsmi Bakının dəfələrlə nəticəyə - Azərbaycan torpaqlarının işğalına sona qoyulmasına, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına, ardından isə Azərbaycanın erməni və Azərbaycan icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün özünüidarəetmənin geniş hüquqlarının təmin edilməsinə yönəlmiş məsuliyyətli dialoqun təşviq edilməsinin vacibliyini bildirdiyini görərsiniz", -XİN rəhbəri bildirib.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilmiş yüksək səviyyəli söhbəti Azərbaycanın məzmunlu dialoqa hazır olduğuna bazir nümunədir.

"Təəssüf ki, İrəvanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək", - nazir əlavə edib.

1news.az

Paylaş:
346

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər