Elmar Məmmədyarov: Azərbaycan uğurlu “ASAN xidmət” təcrübəsini Afrika qitəsi ölkələri ilə bölüşməyə hazırdır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan uğurlu “ASAN xidmət” təcrübəsini Afrika qitəsi ölkələri ilə bölüşməyə hazırdır – FOTO

15:02 - 09 / 11 / 2017
Elmar Məmmədyarov: Azərbaycan uğurlu “ASAN xidmət” təcrübəsini Afrika qitəsi ölkələri ilə bölüşməyə hazırdır – FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Abdalla Hamdok ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Abdalla Hamdok BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Elmar Məmmədyarov bu il Azərbaycan ilə BMT arasında uğurlu tərəfdaşlığın 25 illiyinin qeyd olunduğunu bildirərək, xüsusilə müstəqilliyin ilk illərində BMT və onun ixtisaslaşmış qurumlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Ölkəmizin yoxsulluğun aradan qaldırılması, təhsil, səhiyyə, məşğulluq, gənclər və idman siyasəti sahələrində əldə etdiyi nailiyyətlərdən, “ASAN xidmət” təcrübəsindən, regional əməkdaşlıq, sülh və çiçəklənməyə verdiyi töhfələrdən danışan E.Məmmədyarov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində atılan addımlardan danışıb. Nazir Azərbaycanın uğurlu “ASAN xidmət” təcrübəsini Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu və bu xüsusda Afrika İttifaqında “ASAN xidmət”in təqdimatının keçirildiyini qeyd edib.

Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olarkən Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını deyən E.Məmmədyarov Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin qitədə həyata keçirdiyi humanitar layihələrə toxunub, Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illər üzrə üzvü kimi Azərbaycanın bu sahədə təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Afrika üzrə İqtisadi Komissiyası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb və Cənub-Cənub əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
844

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər