Elmar Məmmədyarov: Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarıq | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarıq

11:08 - 23 / 10 / 2019
Elmar Məmmədyarov: Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarıq

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşündə deyib.

E.Məmmədyarov bildirib: "Bu münaqişə başlayan vaxtdan hərbi əməliyyatlar Azərbaycan ərazisində keçirilib. Münaqişə Azərbaycanın infrastrukturuna və dinc sakinlərin yaşayışına təsir göstərib. Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarlığımızı bildiririk".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

S.Xankişiyeva

 

Paylaş:
349

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər