Elman Rüstəmov: Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək

14:48 - 21 / 11 / 2017
Elman Rüstəmov: Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək

Mərkəzi Bank 2018-ci ildə də konservativ monetar siyasət yürüdəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov bildirib ki, manatın məzənnəsinin sabitliyi gələn il də diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq. Qeyd edilib ki, cari ildə tədiyə balansında profisit bərpa olunub - 1,1 milyard dollarlıq profisit əldə olunub. İdxalın azalması, qeyri-neft ixracının 35 faiz artması da tədiyə balansına təsir edən amillərdəndir. Cari ildə strateji ehtiyatlar 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib.

Bank sədri deyib: “Hazırda bank aktivlərinin 20 faizdən çoxunu likvid aktivlər təşkil edir. Kredit portfelində aktivlik müşahidə olunmur. Mərkəzi Bankın sterilizasiya alətlərinə ehtiyac çoxdur”.

S.Xankişiyeva

 

Paylaş:
1293

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər