1news.az

Elman Rüstəmovun bank rəhbərlərini toplaması ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilib

11 Yanvar saat 12:30 ~ 1 dəqiqəlik oxu 192
Elman Rüstəmovun bank rəhbərlərini toplaması ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilib

Maliyyə bazarlarında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun bank rəhbərlərini toplaması ilə bağlı bir sıra KİV-də yayılmış xəbərlərə aydınlıq gətirilib.

“Bu görüş adi xarakter daşıyır. Hər ilin əvvəlində Mərkəzi Bank digər bankların rəhbər və nümayəndələri ilə ənənəvi görüş keçirərək bank sektorundakı vəziyyət müzakirə edilir.

Həmçinin Mərkəzi Bank cari ildə görəcəyi işlərlə, əsasən də pul-kredit siyasətinə istiqamətlənmiş planları ilə bağlı məlumatlandırır”, - 1news.az-a maliyyə bazarındakı mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV-də Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun yanvarın 11-də yerli bankların rəhbərlərilə görüşü ilə bağlı məlumatlar yayılıb.

Materiallarda qeyd edilir ki, görüşdə bank sektorunda vəziyyətlə bağlı cari məsələlər və “2017-ci üzrə maliyyə sabitliyinin təmin edilməsi dair planla” bağlı müzakirələr aparılacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Banklar və maliyyə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net