Azərbaycanın yeni Baş naziri təsdiqləndi – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın yeni Baş naziri təsdiqləndi – FOTO – YENİLƏNİB

12:31 - 08 / 10 / 2019
Azərbaycanın yeni Baş naziri təsdiqləndi – FOTO – YENİLƏNİB

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

1news.az-ın verdiyi xəbərə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.

Daha sonra məsələ ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Ə.Əsədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

12.17

Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Milli Məclisdə “Əli Əsədovun  Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.

O.Əsədov deyib ki, Prezident İlham Əliyev Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında parlamentə müraciət edib.

10.00

Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov Baş Nazir vəzifəsinə təyin ediləcək.

1news.az-ın  verdiyi xəbərə görə, bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.

Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

S.Xankişiyeva

 

Paylaş:
1261

Son xəbərlər

Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər