Elgün Zamanlı: Azərbaycanda ən ideal universitet BANM-dır | 1news.az | Xəbərlər
Müsahibə

Elgün Zamanlı: Azərbaycanda ən ideal universitet BANM-dır

16:29 - 10 / 09 / 2018
Elgün Zamanlı: Azərbaycanda ən ideal universitet BANM-dır

1news.az 700 bal toplamış və Bakı Ali Neft Məktəbini seçmiş  Elgün Zamanlı ilə müsahibəni təqdim edir

- Elgün, özünüz haqda bir az danışın.

- Mən, Elgün Zamanlı, 2001-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 2006-cı ildən Xırdalan şəhərində yaşayıram. 2007-ci ildə Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 2018-ci ildə isə həmin məktəbdən məzun olmuşam.

- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?

- Əlbəttə ki, valideynlərimə və müəllimlərimə təşəkkürümü bildirirəm. Onların üzərimdə əməyi çox böyükdür.

- Niyə I qrupa üstünlük vermisiz?

- Texniki fənlərə olan marağım və mühəndis olmaq arzum məni bu qrupa yönəltdi.

- Ən çox hansı fənni və nə üçün sevmisiz?

- Riyaziyyat. Digərlərindən fərqli olaraq bu fənlə məşğul olanda sıxılmırdım.

- Ali məktəblər arasında nə üçün məhz BANM-ı seçdiz?

- Tələbələrinə göstərdiyi qayğısı ilə və universiteti bitirdikdən sonra işlə təmin etdiyinə görə digər universitetlərdən çox fərqlənir. Mənim fikrimcə, Azərbaycanda mühəndis olmaq istəyənlər üçün ən ideal universitet BANM-dır.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda futbol oynamağı və futbol izləməyi sevirəm. Bir sözlə, futbolla bağlı hər şeyi sevirəm. Şahmat oynamaq, dostlarımla gəzmək də boş vaxtlarımda etdiyim fəaliyyətlərdəndir.

- BANM-da hansı ixtisası seçdiz?

- Mən “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim.

- Niyə məhz bu ixtisasda təhsil almağa qərar verdiz?

- Həm yeni açıldığı üçün mənə maraqlı gəldi, həm də düşünürəm hazırda ən perspektivli ixtisaslardan biridir. İndi yaşadığımız dövrdə “İnformasiya təhlükəsizliyi”nin nə dərəcədə mühüm olduğu hamıya məlumdur. Məhz bunun üçün heç tərəddüd eləmədən bu ixtisası seçdim.

- Seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

- Sözün düzü, həm valideynlərimin, həm də ki müəllimlərimin məsləhəti olub. Onların da məsləhətini nəzərə alaraq seçimimi etdim.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan daha hansı ixtisaslar var?

- Müasir dövrü kompütersiz təsəvvür etmək olmaz. Mənim fikrimcə, kompüterlə bağlı olan ixtisasların parlaq gələcəyi var. “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kimi ixtisasları nümunə göstərmək olar.

- BANM-ı bitirdikdən sonra planlarınız nədir?

- Universiteti bitirdikdən sonra magistr oxumaq istəyirəm. Öz ixtisasım üzrə mükəmməl biliyə yiyələnib, daha sonra karyeraya başlamaq fikrindəyəm.

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

- Bu haqda indi hər hansı bir fikrim yoxdur. Onun üçün bir fikir bildirə bilməyəcəm.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- İnsanların çoxu uğur əldə edə bilmək üçün hər şeyə sahib olur. Amma yalnız əziyyət çəkənlər və özünə inananlar uğur əldə edir.

- Bəs nailiyyətlər insanın özünə, yoxsa şansa daha çox bağlıdır?

- Düşünürəm hər ikisindən – həm insandan, həm də ki şansdan asılıdır.

- Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiz?

- Dostluq qan qohumluğu olmayan qardaşlıqdır. Çox dostum yoxdur. Sadəcə xasiyyətini bəyəndiyim insanlarla dostluq edirəm.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Bizdən sonra gələcək abituriyentlərə özlərinə inanaraq çoxlu çalışmaqlarını məsləhət görürəm. Yalnız o zaman istədiklərinə nail ola bilərlər.

1news.az

 

 

Paylaş:
859

Sizin üçün xəbərlər

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər