“Elektra Hall”da lüks sinifinin yeni flaqmanları BMW X7 və BMW 7-ci seriya avtomobillərinin təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elektra Hall”da lüks sinifinin yeni flaqmanları BMW X7 və BMW 7-ci seriya avtomobillərinin təqdimatı olub – FOTO

11:05 - 19 / 04 / 2019
“Elektra Hall”da lüks sinifinin yeni flaqmanları BMW X7 və BMW 7-ci seriya avtomobillərinin təqdimatı olub – FOTO

Aprelin 18-də BMW avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısı “Improtex Motors” şirkəti “Elektra Hall”da yeni flaqman BMW X7 krossoverinin təqdimatını keçirtdi.

BMW X7 cəlbedici xarici görünüşü, eksklüzivliyini özündə birləşdirən, Sports Activity Vehicle (SAV) seqmentinə xas idman idarəetməsi və universallığı olan ilk avtomobildir. BMW X xəttində ən iri model olaraq, yüksək səviyyəli işləmə və innovativ təchizat elementlərinə malik olan həcmli interyeri sayəsində, premial avtomobillər seqmentinə yeni məkan hissi anlayışı daxil edir. Ən müasir mühərriklər, ötürücü və asqı sistemləri yeni BMW X7-ni yolsuzluqda ən yüksək səviyyəli istismar xüsusiyyətləri ilə təchiz edir, habelə, sərt örtüklü yollarda qüsursuz rahatlığı və mükəmməl idarəetməni təmin edir.

Uzunluğu 5151 mm, eni 2000 mm, hündürlüyü 1805 mm, habelə təkər bazası 3105 mm olmaqla, yeni BMW X7 həmahəng ölçülərə malikdir və birmənalı olaraq özünü BMW X ailəsinin yeni flaqmanı kimi təqdim edir. Misilsiz böyük radiator barmaqlıqları olan relyefli ön hissə avtomobilin görünüşünə mübahisəsiz əzəmət hissi bəxş edir. BMW X7 işıq diodlu qabaq işıq faraları ilə artıq standart komplektasiyada təchiz edilir, onun funksiyası kimi isə BMW Laserlight sistemi mövcuddur ki, bu sistem yolu 600 m məsafədə işıqlandıra bilər. Avtomobil profilinin fərqləndirici xüsusiyyətləri iri pəncərələr, böyük klirens və uzun dam xəttidir. Üfüqi xətlər, nazik işıq diodlu fənərlər və iki yerə bölünən yük yeri qapısı yeni modelin müasir görünüşünü tamamlayır.       

Baza komplektasiyasında üçüncü oturacaq sırasının mövcudluğu BMW X7 avtomobilinə, eyni zamanda, avtomobildə 7 nəfərə qədər adam daşımaq imkanı verir. Üçüncü sıradakı iki sərnişin dirsək altısı, stəkan üçün yeri və fərdi mobil qurğuların qoşulması üçün nəzərdə tutulmuş USB taxmaq üçün yeri olan tam ölçülü oturacaqlarda maksimal dərəcədə rahat şəkildə yerləşə biləcəklər. Bütün oturacaqlarda elektron tənzimləmə mövcuddur. Zərurət yarandıqda, onları yığaraq, yük yerini baza həcmi 326 litrdən 2120 litrədək artırmaq olar.                      

Dünyada satılmağa başladığı anda yeni BMW X7 üçün aşağıdakı seçim üzrə 4 mühərrik mövcud olacaq: BMW X7 xDrive50i versiyasında 462 at gücünə malik V8 benzin mühərriyi, BMW X7 xDrive40i versiyasında 340 at gücünə malik altı silindrli sıralı benzin mühərriyi və iki ədəd, BMW X7 xDrive30d versiyasında 265 at gücünə malik və BMW X7 M50d versiyasında 400 at gücünə malik altı silindrli dizel mühərriyi.

Tədbir zamanı təqdim olunan yeni BMW 7-ci Seriya ən müasir texniki nailiyyətlər, sükan arxasında maksimum həzz və rahatlığa zamanət verir. Yeni BMW 7-ci Seriya səthi 40% artırılmış radiator barmaqlığı ilə yanaşı yeni kapota sahib olub. Ön tərəfin yeni dizaynı sayəsində avtomobilin kapotu 50 mm hündürdə yerləşir. Bundan başqa, 7-ci Seriya yeni ön və arxa fənərlərə sahib olub, arxa fənərlər işıqlanan zolaq vasitəsi ilə vizual olaraq birləşirlər.

Sələfi ilə müqayisədə yenilənmiş sedan 22 millimetr uzundur. Avtomobilin eni və hündürlüyü dəyişməyib. Bundan başqa, Sedan yeni rəng çeşidlərinə, təkər disklərinə və eksteryerin müxtəlif tərtibat dəstlərinə sahibdir.

Lüks sedanın təchizatına 12,3-düymlük rəqəmsal cihazlar paneli, yeni BMW 7.0 əməliyyat sisteminə malik olan multimedia sistemi daxil edilibdir. Bundan başqa, BMW 7-ci Seriya standart olaraq innovativ parkedici ilə təchiz edilir: sistem dayanacaq yerinə arxa hərəkətlə getməyi və əvvəl gedilmiş yol ilə (50 metrə qədər) geri qayıtmağı bacarır.

BMW 7-ci Seriya modeli standart olaraq 249 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilən 730i modifikasiyasında təklif olunacaqdır. BMW 750i modeli isə, 530 at qüvvəsi təklif edən təkmilləşdirilmiş 4,4-litrlik V8 mühərrikinə sahib olub. Yeni mühərrik əvvəlkindən 80 at qüvvəsi güclüdür. Flaqman Sedanın top modifikasiyası 760Li xDrive modeli olacaqdır. Top modifikasiya 609 at qüvvəsi hasil edən 6,6-litrlik V12 mühərriki ilə təchiz edilir.

Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir.

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”,  BMW motosikllərinin və Yaponiyanın YAMAHA brendinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.

Reklam hüququnda

 

Paylaş:
907

Son xəbərlər

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42
Bütün xəbərlər