Eldar Əzizov sakinlərin “Passage 145”lə bağlı şikayətini təmin etdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Əzizov sakinlərin “Passage 145”lə bağlı şikayətini təmin etdi – FOTO – VİDEO

14:08 - 14 / 02 / 2019
Eldar Əzizov sakinlərin “Passage 145”lə bağlı şikayətini təmin etdi – FOTO – VİDEO

Bu günlərdə 7news.az xəbər saytında Bakının ən hərəkətli küçəsi olan "Tarqovı”nın tam mərkəzində fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı yazı dərc edilmişdi.

Məlumatda qeyd olunurdu ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bugünlərdə Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “Passage 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər:

“Restoran yeni işə başlayanda yalnız yolun sağ tərəfinə masalar yerləşdirmişdi. Bunun özü də şəhərin mərkəzi sayılan bu ərazidən keçən vətəndaşların rahat hərəkəti üçün problem yaradırdı. Amma düşündük ki, biraz səbr edək, yaydır, qoy işləsinlər. Ancaq bundan ruhlanan restoran sahibləri artıq neçə gündür ki, yolun sol tərəfin də "işğal ediblər”.Üstəlik ortada qalan kiçik cığıra da qəlyan və "ventilyator” yerləşdiriblər. Açıq şəkildə deyirlər ki, bu kafedə oturmayacaqsınızsa, bu yoldan keçməyin”.

Sakinlərin sözlərinə görə, 1 gün öncə restoranın yolun ortasına qoyduğu qəlyan cihazı kiçik yaşlı uşaqlardan birinin üzərinə düşüb: “Ətrafdakılar dərhal müdaxilə etməsəydilər, uşaq ağır xəsarət alacaqdı”.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (JEK) müraciət etsələr də, sahə rəhbərliyi “bizim onlara gücümüz çatmır, razılığı “Baksovet”dən alıblar” şəklində cavab verib. Sakinlər restoran tərəfindən zəbt olunan yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan kömək gözləyirdilər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məsələyə dərhal reaksiya verib. Belə ki, icra başçısı sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə özü şəxsən gedib, özbaşınalığın şahidi olub və elə yerindəcə sakinlərin maraqlarına uyğun olaraq restoranın qanunsuz fəaliyyət göstərən bu hissəsinin bağlanması ilə bağlı qərar verib. Bu barədə İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov məlumatı təsdiq edib. 

Bundan sonra onlarla Bakı sakini Eldar Əzizova göstərilən diqqət, qayğı və səmimiyyətdən dolayı təşəkkür ediblər.

1news.az

Paylaş:
1222

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər