Elçin Quliyev hərbçilərlə 2 km uzunluqda olan bayrağı daşıdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Quliyev hərbçilərlə 2 km uzunluqda olan bayrağı daşıdı

11:43 - 15 / 06 / 2018
Elçin Quliyev hərbçilərlə 2 km uzunluqda olan bayrağı daşıdı

Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edirlər.

1news.az-a Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sərhəd Xid-mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, Ulu Öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zən-gin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa et-məsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qorumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsini böyük fərəh hissi ilə xatırlayıblar.

95 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayə-sində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd olunub.

Təntənəli düzülüşdən sonra dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 2 km uzunluqda Dövlət Bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.

 “Zəfərə doğru” sərhədçi yürüşü Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizi qüdrətləndirəcək və bütün sərhədlərimiz boyu üçrəngli bayrağımızı dalğalandıracaq böyük zəfərlərin təzahürü olub.

S.Xankişiyeva

 

Paylaş:
573

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər