Elçin Mirzəbəyli: Bako Saakyanın ABŞ-a səfəri aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Mirzəbəyli: Bako Saakyanın ABŞ-a səfəri aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir

22:23 - 16 / 03 / 2018
Elçin Mirzəbəyli: Bako Saakyanın ABŞ-a səfəri aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir

Bako Saakyan Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin və hərbi birləşmələrin təmsilçisidir. Onun ABŞ-a səfər etməsinə imkan yaradılması işğala, aqressiv separatizmə, terrorizmə dəstək verilməsi anlamına gəlir.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, ABŞ-a səfər üçün viza verilməsi proseduru həddən artıq mürəkkəbdir. Donald Tramp hakimiyyətə gəldikdən sonra rəsmi Vaşinqton miqrasiya siyasətini daha da sərtləşdirib. Ötən ilin fevralından etibarən ABŞ-ın Ermənistandakı səfirliyi viza ilə bağlı yeni qaydalar müəyyənləşdirib və Birləşmiş Ştatlara səfər etmək istəyən şəxslər səfirlikdə müsahibədən keçir, özləri haqqında daha ətraflı məlumat verirlər. Şübhəsiz ki, ABŞ-ın Ermənistandakı səfirliyində Bako Saakyanın kim olduğunu yaxşı bildiklərini deyən siyasi ekspert, həmçinin əlavə edib ki, Bako Saakyana Ermənistan pasportu ilə ABŞ-a səfər üçün viza verilməsi isə həm də bu ölkənin qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. ABŞ-ın miqrasiya qanunvericiliyində ölkəyə səfər üçün viza verilməsindən imtinaya əsas verən amillərin sayı kifayət qədər çoxdur.

Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ-a səfər etmək istəyən şəxsin cinayətkar keçmişi və bu günü, özü haqqında yalan məlumatlar verməsi, millətçi qruplarda və terror təşkilatlarında təmsil olunması da var. Qeyd olunanların hər biri Bako Saakyanın ABŞ-a səfərinə icazə verilməməsinə əsas verir. Yəni, Bako Saakyan Azərbaycan torpaqlarının işğalı və dinc əhaliyə qarşı cinayətlərdə, terror aksiyalarında iştirak edib. Ekspert bildirib ki, B.Saakyan azərbaycanlılara qarşı etnik təmizləməni təbliğ edən və bu istiqamətdə millətçi çağırışlar səsləndirib, eyni zamanda, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda özünü Dağlıq Qarabağın erməni icmasının rəhbəri qismində təqdim etdiyi halda ABŞ səfirliyinə viza almaq üçün Ermənistan vətəndaşı kimi müraciət edib. Göründüyü kimi, adıçəkilən şəxsin ABŞ-a səfərini qadağan edən, Birləşmiş Ştatların qanunvericiliyindən irəli gələn məqamların sayı yetərincədir.

Məsələnin siyasi tərəfinə gəldikdə isə, bu, Vaşinqtonun növbəti riyakar davranışı kimi dəyərləndirilməlidir. Bako Saakyanın ABŞ-a səfər etməsinə şərait yaradılması bu ölkənin BMT Təhlükəsizlik Şurasında və ATƏT-in Minsk qrupundakı mandatına da ziddir. Bu fakt Birləşmiş Ştatların vasitəçilik missiyasını da şübhə altına alır.

Elçin Mirzəbəylinin fikrincə, Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qondarma qurumların nümayəndələrinin ABŞ-a səfərinə qadağa qoyulması, eyni statusu daşıyan Bako Saakyana isə “yaşıl işıq” yandırılması təəssüf ki, Vaşinqtonun ənənəvi ikiüzlü siyasətindən, geosiyasi maraqlarından, ədalətə deyil, gücə güvəndiyindən xəbər verir. Baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə, o cümlədən ABŞ-ın danışıqlardakı vasitəçilik missiyasına ciddi zərbə vuracağını bildirən ekspert problemin hərb yolu ilə həlli perspektivini daha da gücləndirəcəyini vurğulayıb.

1news.az

Paylaş:
690

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər