Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

15:57 - 17 / 02 / 2019
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

27 il əvvəl - 1992-ci il fevralın 17-də erməni millətçiləri keçmış sovet ordusunun 366-cı motoatıcı alayının köməyi, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırımı törətdilər. Ancaq Qaradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı.

1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq baş verən hadisələr böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.

Bu fikirləri Qaradağlı soyqırımının ildönümü ilə əlaqədar açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. Elə həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobusun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdı. Ümumilikdə, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak olmuş, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdı.

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Bu qanlı hadisələr keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi. Fevralın 13-17-də erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, Kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar.

Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdi. Daha sonra isə 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.

Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Əsrlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur.

Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Qeyri-bərabər döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü. İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdır.

Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonu ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri məhz Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 1988-1992-ci illərdə erməni silahlı dəstələri bu yoldan keçməyə cürət etməyərək digər erməni kəndlərindən keçib getməli olurdular. Qaradağlılar doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.

Qaradağlıda və Dağlıq Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırımı və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq hər bir azərbaycanlı tərəfindən heç vaxt unudulmamalı, haqq mübarizəmizdə bizdə vətənpərvərlik ruhunu daim yüksəltməyə və vətən yolunda qeyri-bərabər döyüşlərdə şəhid olanları hər zaman qəhrəman kimi xatırlamağa səsləyir.

2008-ci il oktyabrın 4-də Beyləqan rayonunda xocavəndlilər üçün salınan qəsəbənin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, bu faciə haqqında hamı bilməli, dəhşətli soyqırımı dünya ictimaiyyətinə çatdırılmalıdır. Prezident İlham Əliyevin tapşırığı ilə Qaradağlı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülüb, Qaradağlı faciəsindən bəhs edən və şahid ifadələri əsasında filmlər çəkilib, müxtəlif dillərə tərcümə edilib və yayılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha artırıb: “Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”.

2016-cı ilin Aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandıraraq dövlət başçısı deyib: “...Əgər Aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, Aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

AZƏRTAC

Paylaş:
633

Son xəbərlər

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir - FOTOBu gün, 15:10Azərbaycanda yeni idman kanalına lisenziya verilibBu gün, 15:05Sumqayıtda 7 yaşlı uşağın ölümə səbəb olmaqda ittiham olunan məşqçiyə hökm oxunduBu gün, 14:51“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEOBu gün, 14:45“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının elan etdiyi qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilibBu gün, 14:39Milli Məclisin 29 martda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHIBu gün, 14:36“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılırBu gün, 14:25AYNA xəbərdarlıq edir: Taksi sürücülərinin təlimlərdə əyani iştirakı mütləqdir!Bu gün, 14:15Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək”Bu gün, 14:10Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilirBu gün, 13:56Bakıda bankdan oğurluq edilməsinin qarşısı alınıb - VİDEOBu gün, 13:48Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıbBu gün, 13:35FHN Bakının mərkəzində məşhur kafenin fəaliyyətini dayandırıb - FOTO - VİDEOBu gün, 13:01Sabah leysan olacaq - Bayram gününün havası açıqlandıBu gün, 12:40Heydər Əliyev mərkəzi üçün hazırlanan əsər - “Hava fontanı - kəlağayıların rəqsi” - VİDEOBu gün, 12:22Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56
Bütün xəbərlər