Əl ilə oynamaq: Nə üçün Rəşad Sadıxov ədalətli oyun prinsipindən imtina etdi? | 1news.az | Xəbərlər
Futbol

Əl ilə oynamaq: Nə üçün Rəşad Sadıxov ədalətli oyun prinsipindən imtina etdi?

11:14 - 21 / 09 / 2018
Əl ilə oynamaq: Nə üçün Rəşad Sadıxov ədalətli oyun prinsipindən imtina etdi?

Bir neçə gün öncə mən, eləcə də bir çox yerli azarkeşlər sentyabrın 20-27-də Bakıda start götürən 32-ci cüdo üzrə dünya çempionatının ölkəmizin ən vacib idman hadisəsinə çevriləcəyini iddia edirdi.

Yanıldım. Son 4 günün ən geniş müzakirə olunan mövzusu – Topaz Premyer Liqasının ağdamlılarla “Sumqayıt” arasında oyunu oldu. Müzakirələrin əsas qəhrəmanı böyük təcrübəyə malik Rəşad Sadıxov və baş arbitr İnqilab Məmmədov oldu.

Həmin oyun 1:0 hesabı ilə yekunlaşdı. Lakin bunu halallıqla qazanılmış xal hesab etmək olmaz. Məsələnin ən acı tərəfi isə ölkənin ən hörmətli veteran idmançısı, bir çox yeniyetmələrin pərəstişkarı, Azərbaycan yığmasının kapitanı olaraq dəfələrlə meydana çıxmış birinin buna əl qoyması daha ağrılıdır.

Beləliklə xatırlayaq... Əlavə edilmiş 3-cü dəqiqədə cəriməyə soxulmuş Bəxtiyar Həsənzadəni saxlayarkən, Sadıxov büdrəyir və topu əli ilə itələyir. Və sonra heç nə olmamış kimi digər müdafiəçilərin yanına gedir. Bu zaman sumqayıtlılar İnqilab Məmmədovu əhatəyə alaraq penalti tələb edir. “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov meydana qaçmağa hazırdır. Lakin refer 11 metrəlik qolu küncdən atmağı göstərir. Bu zaman qonaqlar Sadıxovdan həqiqəti söyləməyini istəyir.

O isə hətta təyyarədən belə görülməsi mümkün olan qayda pozuntusunu tanımır. Gənclər üzrə (U-21) Azərbaycan yığmasının baş məşqçisi bir dəqiqəlik də olsa qayda pozuntsunu qəbul etmir.

Bəlkə də bir çoxları bu məqamın futbol üçün adi hal olduğunu söyləyəcək. Misal üçün, əvəzolunmaz Dieoqo Maradonanın iştirakı ilə Argentina yığmasının 1986-cı ildə ingilislərə (2:1) uduzmasaydı, dünya çümpionu olacaqdı. Və qarşı tərəfindən “Tarix nəticələri yadda saxlayır, onun necə əldə edildiyini deyil”, kimi fikirləri səslənəcək.  

Bəli, tarix nəticələri yadda saxlamaqla yanaşı, onun necə əldə edildiyini də unutmur.

İnanmırsınız? Əgər britaniyalı fanatla 1986-cı ildəki mundialla bağlı söhbət etsəniz, ondan soruşun. O isə “Maradonanın – çox yaxşı həndbolçu” olduğunu, “Argentinanın isə həqiqi çempion olmadığını” söyləyəcək.

Həmçinin tarix təxminən yarım əsr əvvəl – 1962-ci ildə Çilidəki dünya birinciliyini də xatırlayır. Uruqvayla dördəbir final mərhələsi zamanı SSRİ yığmasının kapitanı İqor Netto italyan arbitr Yonniyə yaxınlaşaraq bildirir ki, onun yoldaşlarının sevindikləri qolu dəyişmək lazımdır. Belə ki, İqor Çislenkonun zərbəsindən sonra top qapıdan keçərək tordakı deşikdən keçib. Bu, oyunun 79-cu dəqiqəsində 1:1 hesabı zamanı olub. Nettodan başqa çoxları bunu etməzdi. Çünki söhbət onun komandasının gələcəyindən gedirdi.

Görüşün nəticəsi olaraq qələbəni (2:1) cənubi amerikalılar qazanır. Nettonun hesabına həmin hərəkəti bütün dünyanın futbolsevərləri yadda saxlayıb və bunu ədalətli oyun adlandırırlar.

Bu epizodla bağlı yerli futbolun məşhur simaları 1news.az-a öz fikirlərini bildiriblər.

Nazim Süleymanov – “Sumqayıt”ın baş məşqçisi

“Rəşad özündə güc taparaq iki gün sonra əli ilə oynadığını etiraf edib. Əlbəttə ki, bu addım onu şərəfləndirir. Baxmayaraq ki, bu hərəkət komandam üçün heç nəyi dəyişməyəcək. Yaxşı olardı ki, o bu addımı meydanda etiraf edərdi. Şəxsən mən baş məşqçi olaraq yüzfaizli penaltini gözdən qaçıran arbitrdan narazıyam”.

Oqtay Abdullayev – “Turan-Tovuz” FK-nın Müşahidəçi Şurasının rəhbəri

“Rəşadı yaxşı idmaçı və harizmatik şəxsiyyət kimi çox hörmət edirəm. Buna baxmayaraq bildirməliyəm ki, o, düzgün etmədi. Hər kəsin sevimli idmançısı, “Qarabağ”ın kapitanı, gənclərin məşqçisi özünü bu cür apara bilməz. O, necə nümunəvi ola bilər? O bu cür məsuliyyətdən xəbərsiz deyil”.

Şahin Diniyev – Azərbaycan yığmasının sabiq məşqçisi

“Burada söz söyləmək çətindir. Düşünürəm ki, Rəşad sona qədər epizodu anlamayıb. Açıq desək, çox müdafiəçi hakimin gözdən yayındığı əl ilə oyunu etiraf etmir. Oyunu arbitr aparır, futbolçu yox. Bununla yanaşı, sizinlə razıyam. Gənclər yığmasını məşqçisi, yığmada rekord sayda oyun keçirən Rəşad və ən başlıcası sadə insan olaraq “ədalətli oyun” nümayiş etdirməli idi. Düşünrəm ki, bu addım bir çoxlarına, xüsusilə də Sadıxova çox şey verə bilərdi”.

Anar Salmanov – FİFA-nın arbitrı

“Əlbəttə ki, Sadıxov əli ilə oynadı. Yalnız bu oyunla bağlı fikirlərimi söyləmək istərdim: bütün dörd turda hakimlər idealdan uzaq idi, hər kəsdə səhvlər vardı. Bunu səbəbi – arbitrların fiziki cəhətdən hazırıqlı olmamasıdır. Əgər diqqət yetirmisinizsə, ötən il və ondan əvvəlki illərdə hakimlərin səhvi az idi. Buna səbəb həmin illərdə hakimlərimiz fiziki hazırlıqlara böyük diqqət ayrılan təlim-məşq toplanışlarında iştirak edirdilər. Bütün bu proseslərə isə təcrübəli mütəxxəsis – Namiq Quliyev rəhbərlik edirdi. Lakin bu il hər bir hakim fərdi proqramla məşğul olub. Bu da nəticə”.

Sonda qeyd etmək istərdim ki, əgər Rəşad Sadıxov əl ilə oynadığını etiraf etsəydi, ola bilsin ki, UEFA Fair Play Award mükafatına namizədliyi irəli sürülə bilərdi. Bu da onun karyerasının parlaq və məntiqli sonu olardı.

Təəssüflər olsun ki, bu, baş vermədi. Ümid edək ki, kapitan öz pərəstişkarlarına əsl fair play göstərə biləcək.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1582

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər