Ekspert: Növbəti ilə ötən 9 aydan daha yüksək nəticələrlə qədəm qoyacağıq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert: Növbəti ilə ötən 9 aydan daha yüksək nəticələrlə qədəm qoyacağıq

16:32 - 10 / 10 / 2018
Ekspert: Növbəti ilə ötən 9 aydan daha yüksək nəticələrlə qədəm qoyacağıq

“Keçən il əldə olunan stabillik bu il iqtisadiyyatda bir az da möhkəmlənib və artım meylləri, eyni zamanda müsbət tendensiyalar inkişaf edib. Bunu ötən 9 ayda sosial-iqtisadi inkişafın yekun göstəriciləri də sübut edir”.

Bu barədə 1news.az-a iqtisadçı ekspert Pərviz Heydərov  Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə, açıqlanan göstəricilərə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, ötən 9 ayda ümumi daxili məhsul 0,8 % artıb, qeyri-neft sektorunda artım 1 %, sənaye istehsalı 2 , qeyri-neft sənayesi isə 10,8 % yüksəlib. Kənd təsərrüfatında irəliləyiş isə daha diqqətəlayiqdir:

“Belə ki, 9 ayda 4,3 % artım böyük nəticədir. İnflyasiya aşağıdır. Cəmi 2,6 %...  Ümumiyyətlə, xatırladım ki, 2017-ci ili bütövlükdə 0,1% göstəriciylə başa vurmuşduq. Keçən il əvvəlcədən də iqtisadiyyatda bərpa ili olaraq proqnoz edilmişdi. Belə ki, sözügedən ildə ardıcıl olaraq 2 ildir davam edən geriləmə prosesinin dayanacağı və stabilləşmə müşahidə olunmağa başlayacağı qeyd edilmişdi ki, bu da, hökumətin 2016-cı ilin əvvəlindən həyata keçirməyə başladığı tədbirlər, yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də həmin ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbətlər ortaya çıxan gündən sabitləşməsi ilə əlaqəli idi”.

Ekspert deyib ki, 2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar daha yüksək nəticə əldə olunacağını vəd edirdi:

“Bundan əlavə, ölkənin qeyri-neft sektorunda inkişafın davam etməsi də çox şey iddia edir. Hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətindəki tədbirləri dayandırılmayıb. 2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırılıb ki, hökumət qarşıdakı illərə də inamla baxır. Hesab edirəm ki, ilin sonunadək də müsbət göstəricilər inkişaf etməkdə davam edəcək və növbəti ilə ötən 9 aydan da daha yüksək nəticələr ilə qədəm qoyacağıq”.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər