EksonMobil şirkətinin rəhbəri Azərbaycan prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

EksonMobil şirkətinin rəhbəri Azərbaycan prezidentini təbrik edib

16:26 - 25 / 04 / 2018
EksonMobil şirkətinin rəhbəri Azərbaycan prezidentini təbrik edib

ABŞ-ın “ExxonMobil” şirkətinin prezidenti Nil Daffin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi EksonMobil şirkəti adından təbrik etməkdən məmnunluq hissi duyuram. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın müxtəlif yerlərindən olan şirkətlərlə sıx peşəkar ticarət tərəfdaşlığı quraraq öz enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində səylərini davam etdirir.

Siz beynəlxalq tərəfdaşlığa xüsusi önəm verərək ölkəni investisiyalar üçün cəlbedici bir məkana çevirmisiniz. EksonMobil şirkəti olaraq Azərbaycanın inkişafına töhfə verdiyimiz üçün qürur hissi keçirir və ölkənin daha parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdirməyə ümidvarıq. Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə və xalqınıza əmin-amanlıq və daha yüksək tərəqqi arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
560

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər