Əfv sərəncamı İlham Əliyevin humanizm prinsiplərini daim rəhbər tutmasının bariz nümunəsidir | 1news.az | Xəbərlər
Rəsmi

Əfv sərəncamı İlham Əliyevin humanizm prinsiplərini daim rəhbər tutmasının bariz nümunəsidir

17:35 - 16 / 03 / 2019
Əfv sərəncamı İlham Əliyevin humanizm prinsiplərini daim rəhbər tutmasının bariz nümunəsidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il martın 16-də, Novruz Bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ənənələrini davam etdirən bu Sərəncam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində humanizm prinsiplərini daim rəhbər tutmasının bariz nümunəsidir.

Prezidentin sayca 33-cü olan bu Sərəncam əsasında 431 məhkum əfv olunmuş, onlardan 399-u azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti dövründə, 2003-cü ildən başlayaraq əfv haqqında 33 fərman və sərəncam imzalanmış, onlar əsasında 5 minə yaxın məhkum şəxs əfv olunmuş, o cümlədən 4.500-dən çox şəxs azadlığa buraxılmışdır. Təkcə 2018-ci il 24 may tarixli sərəncamla 634 şəxs əfv olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin əfv və amnistiya təsisatlarını bərpa etdiyi 1995-ci ildən sonra isə 65 fərman və sərəncamla bütövlükdə 8 minə yaxın şəxs əfv olunmuşdur.

1995-ci ildən başlayaraq 117.000-ə yaxın şəxsi əhatə etmiş 11 amnistiya aktı qəbul edilmişdir. Bu şəxslərdən təxminən 30.000-i azadlığa buraxılmışdır.

Sonuncu 4 amnistiya aktı (2007, 2009, 2013, 2016) Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər nəticəsində qəbul edilmişdir. 2016-cı ilin amnistiya aktı 10.000-dən çox məhkumu əhatə etmiş, 3.000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxılmışdır.

Qeyd edilən faktlar ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mərhəmət və insanpərvərliyinin əyani nümunələridir.

1news.az

Paylaş:
542

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər