Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”

17:25 - 18 / 07 / 2018
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”

“Son illər Azərbaycan Mətbuat Şurasına ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlərlə bağlı şikayətlər daxil olmaqdadır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışında deyib.

O bildirib ki, Mətbuat Şurası bu cür şikayətlərə baxmasa da, onların sayının artdığı müşahidə olunur.

Ə. Amaşov qeyd edib ki, il ərzində Mətbuat Şurasına təxminən 400 şikayət daxil olur: “Onlayn media ilə bağlı şikayətlərin sayı ənənəvi media ilə müqayisədə artıb. Əgər 2007-2012-ci illərdə onlayn media ilə bağlı daxil olan şikayətlər 10% idisə, 2012-2015 illərdə bu rəqəm 50%-ə yaxınlaşıb. Hazırda isə daxil olan şikayətlərin yalnız 10%-i ənənəvi media ilə bağlıdır”. 

Şura sədri həmçinin deyib ki, internet media vasitələrinin tam şəkildə özünütənzimləmədə yer alması vacib məqamdır: “Biz yenə də ictimai qınaqdan istifadə edirik. Ancaq hazırkı dövrdə məsələyə bir qədər konseptual yanaşmağa ehtiyac duyulur. Çünki hər hansı qəzeti ictimai qınağa çəkməklə informasiya saytını ictimai qınağa çəkmək arasında fərqlər var.

Əvvəla reallıq budur ki, qəzetlər ictimai rəyə əvvəlki illərdə olduğu kimi təsir göstərə bilmirlər. İkincisi isə internet saytlarının fəaliyyəti eyni zamanda ölkələrin informasiya təhlükəsizliyi baxımından vacib məqamdır. Yəni bu arealda yayılmış hər hansı informasiya yalnız şəxslər deyil, bütövlükdə ölkələr barədə rəy formalaşdırmaq imkanına malikdir. Buna görə də daha həssas davranılmalıdır”.

1news.az

Paylaş:
369

Son xəbərlər

Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilirBu gün, 16:42Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49
Bütün xəbərlər