Efiopiyanın Azərbaycanda Fəxri Konsulluğu açılıb | 1news.az | Xəbərlər
Siyasət

Efiopiyanın Azərbaycanda Fəxri Konsulluğu açılıb

20:15 - 21 / 02 / 2018
Efiopiyanın Azərbaycanda Fəxri Konsulluğu açılıb

Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı Fəxri Konsulluğunun açılış mərasmi olub.

1news.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Efiopiyanın Azərbaycandakı səfiri (iqamətgahı Türkiyədə) Ayaleu Gobezi Vorknyu fəxri konsul təyinatına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Efiopiya ilə Azərbaycan arasında dərin tarixi, mədəni əlaqələr var. Azərbaycanda oxumuş efiopiyalı tələbələr buna yaxşı nümunədir. Diplomat deyib ki, Azərbaycanın Efiopiyada səfirliyi fəaliyyət göstərir. Fəxri Konsulluğun açılışı isə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafında böyük rol oynaya bilər: “Efiopiya Afrika qitəsində surətlə inkişaf edən ölkədir. Ölkəmiz müxtəliflik torpağı kimi tanınır, mədəni və təhsil turizimində böyük potensiala malikdir”.

XİN-in Dövlət Protokol idarəsinin rəhbəri Pərvin Mirzəzadə bildirib ki, Azərbaycan bir çox Afrika ölkələri ilə əməkdaşlığın inkişafına böyük önəm verir. O vurğulayıb ki,  iki ölkə arasında siyasi sahədə hər hansı bir ziddiyyət yoxdur.  Efiopiya ilə Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır. İnanıram ki, iqtisadi və mədəni əlaqələrimiz inkişaf edəcək və qarşılıqlı investisiyalar qoyulacaq.

Fəxri konsul Ceyhun Ələkbərov bildirib ki, Efiopiya və Azərbaycan arasında əlaqələr həm iqtisadi həm də siyasi cəhətdən inkişaf edir və bu münasibətlər getdikcə daha da dərinləşəcək: “Bu sahə ilə bağlı hər iki dövlət başçılarının müvafiq tapşırıqları var. Afrika ölkələri Azərbaycan üçün bir açılımdır. Düşünürəm ki, sıx əlaqələrin qurulması ölkələrimizin ümumi mənafeyinə xidmət edir”.

C. Ələkbərov qeyd edib ki, hazırda ölkələrimiz qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurmaqdadır: “Dövlət başçılarımızın siyasi iradəsi və bizim birgə səylərimiz nəticəsində əlaqələrimiz bundan sonra davamlı olaraq inkişaf edəcək”.

Pərvanə Sultanova

Paylaş:
857

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər