DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı – FOTO

15:20 - 14 / 02 / 2019
DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı – FOTO

Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsi tələbəyə cərimə yazıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə avropa.info-ya barəsində protokol tərtib edilən Zərdab rayonunun İsaqbağı kənd sakini Eminov Nurəddin Bəhlul oğlu bildirib.

N.Eminov deyib ki, 2019-cu ilin fevralın 4-də onun yaşadığı ünvana, yəni Zərdab rayonu İsaqbağı kəndinə Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin DYP şöbəsindən 5 ədəd məktub daxil olub. Həmin məktublarda bildirilir ki, o, sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozub və cərimələri ödəməlidir.

"Mən hal-hazırda Bakı şəhərində təhsil alıram, tələbəyəm və heç bir əmək fəaliyyəti ilə məşğul deyiləm", - o bildirib.

DYP-nin göndərdiyi protokolda qeyd edilir ki, N.Eminov onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, nəqliyyat vasitələrini idarə etmək hüququnu 6 aydan 1 ilədək məhdudlaşdırılması üçün məhkəmə orqanı qarşısında vəsatət veriləcək.

DYP həmin sənədləri baxılması üçün məhkəməyə də göndərib.

Nurəddin Eminov pozulan hüquqlarının bərpa olunmasını xahiş edir.

Maraqlısı budur ki, sürücü olmayan və avtobus idarə etməyən bu tələbənin sürücülük hüququndan məhrum edilməsinə hansı əsaslarla qərar veriləcək?

Ən qəribəsi isə odur ki, DYP "sürücü"nün hansı qaydaları "pozduğunu" və nəqliyyat vasitəsinin dövlət nömrə nişanını göstərməyib.

S.Xankişiyeva

Paylaş:
477

Son xəbərlər

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09
Bütün xəbərlər