Dünyanın ən kiçik mobil telefonu təqdim edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın ən kiçik mobil telefonu təqdim edilib

20:48 - 18 / 12 / 2017
Dünyanın ən kiçik mobil telefonu təqdim edilib

“Clubit New Media” şirkəti kiçikölçülü “Zanco Tiny T1” mobil telefonunu təqdim edib. İstehsalçı iddia edir ki, bu, dünyada ən kiçik mobil qurğudur.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, kiçik ölçüsünə baxmayaraq, mobil qurğu zəng edə və mesajları göndərə, başqa sözlə, istənilən mobil telefonun standart funksiyalarını yerinə yetirə bilir.

“Zanco Tiny T1” mobil qurğusunun ölçüləri 46,7x21x12 millimetr təşkil edir. Nano formatlı SİM-kart hesabına rabitə əlaqəsi təmin olunur. Telefon 300-dək kontaktı, 50 SMS mesaj və 50 daxil olan/çıxan zəngi yadda saxlamaq imkanına malikdir.

Aparat 12,5 millimetrlik diaqonallı OLED ekran və kiçikölçülü klaviatura ilə təchiz edilib. Daxili akkumulyator gözləmə rejimində 3 gün və ya “2G” üzrə 180 dəqiqəlik danışıq üçün kifayət edir.

“Zanco Tiny T1” mobil qurğusunu “Kickstarter” platformasından 30 funta sifariş etmək olar.

1news.az

Paylaş:
818

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər