Dünyanın ən çirkli çayı təmizlənəcək | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən çirkli çayı təmizlənəcək

14:20 - 08 / 03 / 2018
Dünyanın ən çirkli çayı təmizlənəcək

İndoneziyanın paytaxtı Cakarta şəhərinin hakimiyyət orqanları Çitarum çayının suyunu 2025-ci ilədək təmizləmək barədə qərar qəbul edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Dünya Bankının rəyinə əsasən, Çitarum dünyanın ən natəmiz su hövzəsidir. Aparılan araşdırmaların nəticələrinə görə, bu çayda toksik maddələrin miqdarı çox yüksəkdir və ilin müxtəlif vaxtlarında onun suyunun tərkibinin dəyişməsinə baxmayaraq, heç bir standarta cavab vermir. Yaranmış fövqəladə vəziyyət Cakartanın hakimiyyət orqanlarını 300 kilometr uzunluğu olan bu çayı yenidən təmizləməyə cəhd göstərməyə məcbur edib.

Ötən əsrin 80-ci illərində Cakartada sənaye zonası yaradılması nəticəsində çayın sahili boyunca 200-dən çox tekstil fabriki tikilib. Bu fabriklər hər gün su hövzəsinə 280 tona yaxın sənaye tullantısı atır. Bundan əlavə yerli sakinlər məişət tullantılarını da çaya tökürlər.

Belə ciddi təhlükəyə baxmayaraq, çayın suyundan suvarmaq, yuyunmaq və hətta içmək üçün 30 milyona yaxın indoneziyalı istifadə edir.

İndoneziya dəniz işləri naziri Coko Xartoyo bildirib ki, çayı təmizləmək üçün sahildə yerləşən müəssisələr ciddi nəzarətə götürüləcək və tullantıların ləğvi qaydalarına əməl etməyən fabriklər bağlanacaq. Bu məqsədlə çayın kənarında videokameraların quraşdırılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, çayı təmizləmək üçün xüsusi qurğulardan istifadə olunacaq. Görüləcək tədbirlər nəticəsində çayın suyunun 50-60 il əvvəl olduğu kimi təmizlənəcəyinə ümid bəslədiklərini qeyd edən C.Xartoyo, lazımi tədbirlərin tam ciddiliyi ilə həyata keçiriləcəyini bildirib.

1news.az

Paylaş:
925

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər