Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur

15:26 - 11 / 07 / 2019
Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur

BMT-nin araşdırmalarına görə, dünyada hər il təxminən 50 min qadın həyat yoldaşı və ya ailə üzvlərinin zorakılığı nəticəsində həlak olur. 2017-ci ildə isə planetimizdə 87 min qadın qətlə yetirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu məlumat BMT-nin Vyanada yerləşən Narkotiklər və Cinayətkarlıq İdarəsinin yaydığı hesabatda yer alıb. Hesabatda bildirilir ki, qətlə yetirilən qadınların mütləq əksəriyyəti hazırkı və ya keçmiş əri, ata, qardaş, ana, bacı və ya digər yaxın qohumlarının zorakılıq cinayətlərinin qurbanı olub. Həyat yoldaşları tərəfindən törədilən qətl əməllərinin digərlərindən əsas fərqi ondan ibarətdir ki, bu cinayətlər qəfil və affekt vəziyyətində deyil, uzun müddət davam edən məişət zorakılığı spiralının son nöqtəsini təşkil edir.

Hesabatda qeyd edilir ki, məişət zəminində törədilən cinayətlər zamanı ən çox qətl hadisəsi Asiya qitəsində olub. 2017-ci ildə burada təxminən 20 min qadın və qız uşağı ailə üzvləri tərəfindən qətlə yetirilib. Sonrakı yerlərdə Afrika (19 min), Amerika (8 min), Avropa (3 min) və Okeaniya (300) dayanır.

Həmçinin göstərilir ki, 2017-ci ildə dünyada ümumilikdə 464 min insan adamöldürmə cinayət əməlinin qurbanı olub. Qətl və döyərək öldürmə cinayətləri nəticəsində dünyada ölən insanların sayı silahlı münaqişələrdə ölənlərdən çox olub. Rəsmi statistikaya görə, 2017-ci ildə silahlı münaqişələr nəticəsində dünyada 89 min insan həlak olub.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər