Dünya futbolunun ulduzları Bakıya gəlir – FOTO | 1news.az | Xəbərlər
Futbol

Dünya futbolunun ulduzları Bakıya gəlir – FOTO

15:00 - 21 / 02 / 2019
Dünya futbolunun ulduzları Bakıya gəlir – FOTO

UEFA Avropa Liqasının final oyununun Bakıya gəlişi bir ilkdir.

1news.az-ın AFFA-ya istinadla verdiyi xəbərə görə, bu ilk özü ilə paytaxtımıza, xüsusilə futbol həvəskarlarına bir sıra yeniliklər hədiyyə edəcək.

Martın 3-də, saat 12:30-da Bakıda, şəhərin mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək. Oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər.

Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, Nihat Kahveci, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa Liqası Final-2019-a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Paytaxt sakinləri hər kəsə açıq olacaq bu möhtəşəm qarşılaşmanı yalnız izləməyəcək, eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.

Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar 23-24 fevralda Topaz Premyer Liqasının XVIII turunda (www.pfl.az/games?tur=18) oyunların baş tutacağı stadionlardan birində (oyun zamanı) selfi çəkdirməli, şəkli şəxsi feysbuk hesabında #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.

İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi feysbuk hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.

İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilər. Qeyd edək ki,  www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq.

Qeydiyyatdan keçmək üçün https://goo.gl/forms/4Y6NCWnefozlxzpB keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və əsası, feysbuk paylaşımının linkini müvafiq xanada qeyd etmək lazımdır.

Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı https://finalbaku2019.az/allstar keçidindən əldə edə bilərsiniz.

“Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün səhnədə mükafatlandırılacaq.

Eydur Qudyonsen

Anderson Luis de Souza

Yeju Dudek

Maykl Esyen

Nihat Kahveci

Vəli Qasımov

Nazim Süleymanov

S.Xankişiyeva

 

Paylaş:
1108

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər