Dünənin tələbələri – bu günün mütəxəssisləri! IMZA Group yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında  intellektual oyun təşkil etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünənin tələbələri – bu günün mütəxəssisləri! IMZA Group yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında  intellektual oyun təşkil etdi

19:44 - 18 / 03 / 2019
Dünənin tələbələri – bu günün mütəxəssisləri! IMZA Group yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında  intellektual oyun təşkil etdi

IMZA Group, Azərbaycanda, yerli və xarici şirkətlərin, eləcə də Azərbaycan universitetləri və hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirərək, ilk dəfə tələbələr arasında maliyyə və mühasibat sahəsində “Breyn Rinq” formatında intellektual oyun təşkil etdi.

İntellektual oyunda, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetlərindən olmaqla ümumilikdə 8 komanda iştirak etmişdir. Tədbirdə müxtəlif şirkətlərin nümayəndələri ilə birlikdə Təhsil Nazirliyi və Vergilər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

IMZA Group-un direktoru Anar Məmmədov bildirib: "Bu gün, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi və sosial islahatların nəticələrinin davamlı və dayanıqlı olmasının əsas amillərindən biri də kadr potensialının inkişafıdır. Layihəmizin əsas məqsədi, oyunda rəqabət yaratmaqla tələbələrə öz bilik və bacarıqlarını potensial işəgötürənlərə nümayiş etdirməyə imkan yaratmaq, həmçinin tələbələri maliyyə biliklərini artırmaq üçün həvəsləndirməkdir”.

O, qeyd edib ki, bu oyun, seçilmiş 100 gəncin ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) standartlarına uyğun ixtisaslarının təkmilləşdirilməsi və hazırlanması məqsədi ilə yaradılmış "100 Uğurlu İmza" layihəsinin davamı və bir hissəsi hesab edilə bilər. Layihə iştirakçılarının əksəriyyəti artıq bu gün mühasibat və maliyyə sahəsində beynəlxalq səviyyəli mütəxəssislərdir. Layihənin müvəffəqiyyət göstəricisi olaraq, İlqar Mustafayev, Ramin Əzizov, Elay Rəcəbli, Vaqif Nuriyev, Suğraxanım İbadova, Yeganə Səmədova və Mirələm Əkbərli kimi iştirakçıların artıq ACCA təlimçiləri olmasını misal gətirmək olar. Bununla yanaşı, onların cəmi iki il əvvəl bu yolda atdıqları ilk addımlarının nəticəsidir ki, bu gün onlar aparıcı şirkətlərin əməkdaşlarıdır.

Sonda, Məmmədov arzu edib ki, bu tədbir nüfuzlu şirkətlər, ali təhsil ocaqları, habelə dövlət qurumları ilə gələcəyin mütəxəssisləri arasında təmas nöqtəsi yaradacaq uğurlu platformaya çevirilsin.

İntellektual müsabiqənin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası oldu. İlk 4 yer tutan komanda, IMZA Group tərəfindən ACCA təlim kurslarında təhsil almaqla bərabər, müxtəlif mükafatlarla təltif olundular. Bu mükafatlar, ilk növbədə, iştirakçıların maliyyə və mühasibat sahəsində böyük nailiyyətlər qazanmağına dəstək göstərilməsi məqsədini daşıyır.

Reklam hüququnda

Paylaş:
1493

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər