Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi – DİQQƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi – DİQQƏT

17:07 - 17 / 04 / 2019
Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi – DİQQƏT

Son günlər sosial şəbəkələrdə 10 manatlıq əskinaslarla bağlı problem yaşayan vətəndaşların paylaşımları yayılır.

Şəbəkə istifadəçiləri dükanlarda alış-veriş zamanı yeni 10 manatlıq əskinaslardan istifadə edə bilmədiklərini deyirlər. Mağazalarda satıcılar yeni əskinasların saxta olduğunu iddia edərək onları götürməkdən imtina edirlər. Hətta bəzi satıcılar alıcıları polislə təhdid edir, bu isə vətəndaşlarda çaşqınlıq və təşviş yaradır.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, xatırlatma üçün bildirir ki,  şəkildə gördüyünüz 10 manatlıq əskinaslar saxta deyil.

Bu pullar yeni dövriyyəyə buraxılmış 10 manatlıq əskinazdır.

Belə ki, cari ilin mart ayının 18-dən etibarən yenilənmiş 10 manatlıq əskinaslar artıq tədavülə buraxılıb. Əskinasın əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Mövcud 10 manatlıqlarla yeni dövriyyəyə buraxılan 10 manatlıq əskinasların mühafizə sistemlərində də fərq var. Əvvəlki pullardan fərqli olaraq, yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir edilib.

Bundan başqa, pul nişanının kənarlarında görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunub. Pul nişanının arxa tərəfində üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Əskinasın üzərində bənövşəyi və qızılı rəngli sayrışan “10 AZN” yazısı əks olunub.

S.Xankişiyeva

 

 

Paylaş:
1745

Son xəbərlər

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08
Bütün xəbərlər