“Dubai Airshow 2017” sərgisində Azərbaycanın mülki aviasiyası sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub – FOTO   | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Dubai Airshow 2017” sərgisində Azərbaycanın mülki aviasiyası sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub – FOTO  

16:05 - 14 / 11 / 2017
“Dubai Airshow 2017” sərgisində Azərbaycanın mülki aviasiyası sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub – FOTO  

Dubayda dünyanın 60-dan çox ölkəsindən 1200-dən çox eksponentin iştirak etdiyi və 160-dan çox müasir təyyarənin təqdim olunduğu ən böyük beynəlxalq aviasiya sərgisi "Dubai Airshow 2017" keçirilir. 

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,

"Dubai Airshow 2017" mülki və hərbi aviasiya sənayesində mühüm beynalxalq hadisədir.

Azərbaycanı bu nüfuzlu aviasalonda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və digərlərinin də daxil olduğu rəsmi nümayəndə heyəti təmsil edir.

Sərgi çərçivəsində danışıqların yekunlarına əsasən sazişlər imzalanıb və mülki aviasiya sahəsində bir sıra mühüm razılaşmalar əldə olunub.

Ən önəmli sazişlərdən biri AZAL QSC-nin prezidenti Cahangir Əsgərov, “Boeing Commercial Airplanes”ın prezidenti - baş icraçı direktoru Kevin Makalister və "Boeing Global Services"in prezidenti - baş icraçı direktoru Sten Dil tərəfindən beş “B787-8 Dreamliner” və iki B747-8F (və ya B777F) təyyarələrinin alınmasına dair imzalanan saziş olmuşdur. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

Daha bir saziş “Azərbaycan Hava Yolları” QSC və “Rockwell Collins International” şirkəti arasında Azərbaycanın milli aviadaşıyıcısının yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükünə dair imzalanmışdır. Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.

Cahangir Əsgərovun "Embraer Commercial Aviation"nın rəhbəri Con Slatteri ilə görüşündə tərəflər ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Danışıqların yekunlarına əsasən lizinq şərtləri ilə iki "Embraer 190" təyyarəsinin alınmasına dair saziş imzalanıb.

Azərbaycan nümayəndə heyəti həmçinin "Dubai Airport Freezone" stendini ziyarət edib və burada hava limanı ərazisində Azad iqtisadi zonanın (AİZ) yaradılması təcrübəsi ilə tanış olub.

Cahangir Əsgərov və "Qrajdanskie Samoletı Suxoqo" («Гражданские самолеты Сухого») SC-nin prezidenti Aleksandr Rubtsov danışıqlardan sonra "Sukhoi Superjet 100" təyyarəsinin yeni biznes versiyasını nəzərdən keçiriblər.

Həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti "Vertoletı Rossii" («Вертолеты России») Holdinqinin baş direktoru Andrey Boqinski ilə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən Azərbaycanın "Silk Way Helicopter Services" şirkəti hərbi helikopterlər də daxil olmaqla bütün model helikopterlərin təmiri və xidməti üzrə lisenziya alıb.

Məhsuldar danışıqlar eyni zamanda "Leonardo" şirkəti ilə də aparılıb və danışıqların yekunlarına əsasən offşor əməliyyatlar üçün "AgustaWestland AW169" helikopteri, həmçinin aero, foto və video çəkilişlərin aparılması üçün "AgustaWestland AW109" helikopterinin alınması üzrə saziş imzalanıb.

Cahangir Əsgərovun "Antonov" dövlət müəssisəsinin prezidenti vəzifəsini icra edən Aleksandr Krivokon ilə danışıqlarının əsas yekunu Azərbaycanın ərazisində "АN-178" təyyarəsinin birgə istehsalının yaradılması üzrə əldə olunan razılaşma olmuşdur. "Silk Way" aviaşirkəti tərəfindən "AN-124" təyyarəsinin alınması ilə əlaqədar olaraq görüşdə Azərbaycanın ərazisində bu tip təyyarəyə birgə texniki xidmət haqqında qərar qəbul olunub.

İmzalanan sazişlər və əldə edilən razılaşmalar Azərbaycan mülki aviasiyasının gələcək inkişafı və yeni iş yerlərinin yaradılması üçün mühüm stimul olacaq.

S.Xankişiyeva

 

Paylaş:
1007

Son xəbərlər

Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53
Bütün xəbərlər