DSX: Təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: Təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutulub

16:05 - 16 / 08 / 2019
DSX: Təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutulub

Azərbaycan sərhədçiləri təmas xəttində bir-neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə edib.

1news.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Aparat rəhbərinin sözlərinə görə, hal-hazırda Ermənistan- Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunur: "Bu, böyük prossin başlanğıcıdır və davam edəcək. Bu qərarın qəbul olunması Azərbaycan ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərar idi. Ötən 9 ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda burada xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".

E.İbrahimov deyib ki, Azərbaycan sərhədçiləri bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub: "Bu, Ermənistan silahlı qüvvələrinin döyüş postlarını və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaradıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün val yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərində hərbi maşına atəş açılıb və 2 hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".

1news.az

Paylaş:
420

Son xəbərlər

Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28
Bütün xəbərlər