Dövlət Neft Fondunun rəsmi internet səhifəsi yenilənib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondunun rəsmi internet səhifəsi yenilənib

17:42 - 12 / 12 / 2018
Dövlət Neft Fondunun rəsmi internet səhifəsi yenilənib

Dövlət Neft Fondunun (ARDNF) www.oilfund.az internet ünvanında yerləşən və 2001-ci ildən fəaliyyət göstərən internet səhifəsi yeni dizaynda və tərtibatda istifadəçilərin ixtiyarına verilib.

Fonddan 1news.az-a verilən məlumata görə, saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin ARDNF haqqında daha ətraflı məlumatlandırılmasına kömək etmək və fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.

İnternet səhifənin istifadəsində operativliyin artırılması məqsədilə saytda məzmun baxımından dəyişikliklər edilib, bir sıra bölmələrdə informasiyalar infoqrafik qaydada tərtib edilərək vizuallaşdırılıb və səmərəlilik baxımından müxtəlif bölmə və hissələr yeni qaydada qruplaşdırılıb.

Saytın ana səhifəsində ARDNF və onun fəaliyyəti barədə dolğun informasiyanı əhatə edən 4 əsas bölmə yerləşir: “Fond”, “Hesabat və statistika”, “İnvestisiya” və “Layihələr”.

“Fond” bölməsində ARDNF-nin tarixi, məqsəd və fəlsəfəsi, mükafatları, loqosu və inzibati binası barədə məlumatları əhatə edən “Fond haqqında” alt bölməsi, ARDNF-nin idarəetmə strukturu, rəhbərliyi barədə məlumatlar, struktur bölmələrin əsasnamələrinin yerləşdirildiyi “İdarəetmə” alt bölməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığını, Suveren Fondların Beynəlxalq Forumu və Santyaqo prinsipləri barədə məlumatları əhatə edən “Beynəlxalq əlaqələr” alt bölməsi, ARDNF-nin fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirən qanun, fərman və sərəncamlar, o cümlədən fondun və Azərbaycan Respublikasının dövlət büdcəsi barədə sənədləri əhatə edən “Hüquqi sənədlər” alt bölməsi, ARDNF-nin ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, fond barədə yeniliklərə dair xəbərləri, foto və video materialları, elanları, ARDNF-nin rəhbərliyinin çıxış və təqdimatları, xəbərlər arxivi, faydalı keçidlər, sual-cavab, ARDNF haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazılar və ictimaiyyətin fondun fəaliyyətinə dair rəy və təkliflərini qeyd edə biləcəyi elektron müraciət formasının yerləşdirildiyi “Mətbuat guşəsi” alt bölməsi, ARDNF-nin işə qəbul prosesi, mövcud vakansiya və təcrübə imkanları haqqında məlumatların yer aldığı “Karyera imkanları” alt bölməsi yerləşir.

Saytın “İnvestisiya” əsas bölməsində ARDNF-nin investisiya siyasəti və investisiya portfeli, vəsaitlərin idarə edilməsini həyata keçirən xarici menecerlər, ARDNF-nin aldığı daşınmaz əmlaklar və qızıl barədə məlumatlar və fondun investisiya fəaliyyətinin nəticələrinə dair rüblük təqdimatlar yerləşdirilib.

“Layihələr” adlı əsas bölmə fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr barədə ətraflı məlumatları əhatə edir.

“Hesabat və statistika” əsas bölməsi fondun fəaliyyətinə dair ümumi statistik göstəricilər və son rəqəmləri, ARDNF-nin büdcəsinə dair məlumatları, illik hesabatları, gəlir və xərclər barədə rüblük hesabatları, fondun maliyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit olunmuş hesabatları, Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə ümumiləşdirilmiş və icmal hesabatları, həmçinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) hesabatlarından ibarət arxivi əhatə edir.

İctimaiyyət və media nümayəndələri saytda “Əlaqə” bölməsində yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara cavab ala bilərlər. Bu bölmədə həmçinin ARDNF-nin ünvanını əks etdirən xəritə və fonda gəlmək üçün istifadə olunan nəqliyyat vasitələri, ARDNF-lə əlaqə üçün telefon və elektron poçt ünvanları barədə məlumatlar yerləşdirilib.

Sayt istifadəçiləri saytı ziyarət edərkən gündəlik yenilənən əsas xarici valyutaların məzənnələri, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti ilə də tanış ola bilərlər.

Saytda fonda dair yeni məlumatları əldə etmək üçün abunə yazılışı, eyni zamanda ARDNF-nin sosial şəbəkələrdəki səhifələrinə (https://www.facebook.com/SOFAZ.ARDNF/, https://twitter.com/SOFAZOfficial) keçidlər də mövcuddur.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

1news.az

Paylaş:
577

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər