Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək

11:16 - 22 / 02 / 2018
Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevfevralın 27-də Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (N. Nərimanov küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:00-da qəbul zamanı bölgədə yerləşən – Xaçmaz, Quba, Qusar, Şabran rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 26-sı saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində DGK-da təşkil edilmiş Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır.

1news.az

Paylaş:
573

Son xəbərlər

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44
Bütün xəbərlər