Dövlət Dəniz Agentliyi: Qara dənizdə aşkar edilən xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşına məxsusdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Dəniz Agentliyi: Qara dənizdə aşkar edilən xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşına məxsusdur

12:15 - 20 / 01 / 2019
Dövlət Dəniz Agentliyi: Qara dənizdə aşkar edilən xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşına məxsusdur

Qara dənizdə qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214”ə aid xilasedici qayıqdakı cəsəd Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsusdur.

Türk Silahlı Güvənlik Hərəkət Mərkəzi tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Türkiyənin Samsun şəhəri yaxınlığında, Qara dənizdə qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı məlumat daxil olub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən bildirilib ki, Vanuatu bayrağı altında üzən “NURS” quru yük gəmisi Rusiya Federasiyasının Tuapse limanından 48 mil qərbə “Volqo Balt 214” gəmisinə aid içərisində 1 cəsəd olan xilasedici qayıq aşkar edib. Hava şəraiti əlverişli olmadığından cəsədi qayıqdan götürmək və qayığı sudan qaldırmaq mümkün olmayıb. “NURS” quru yük gəmisi qayığı yedəyə götürərək Rusiyanın Novorossiysk limanına istiqamət alıb. Limana çatan quru yük gəmisindən götürülən cəsədin şəxsiyyətinin müəyyən edilməsi prosesi həyata keçirilir.

Cəsədin Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna məxsus olduğu ehtimal edilir.

Paylaş:
538

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər