1news.az

Dolaşa bu ölkədə “qara siyahıya” düşüb

8 Mart saat 15:14 ~ 1 dəqiqəlik oxu 138
Dolaşa bu ölkədə “qara siyahıya” düşüb

Finlandiya Kənd və Meşə Təsərrüfatı Nazirliyi dolaşanın mühafizə olunan quşlar siyahısından çıxarılıb ovlanmasına icazə verilən növlərin siyahısına salınmasını təklif edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nazirliyin mətbuat üçün məlumatında deyilir ki, 2000-ci illərdə dolaşaların populyasiyası xeyli çoxalıb. Bu quşların vurduğu ziyan da nəzərəçarpacaq dərəcədə artıb. Dolaşaların ucbatından xeyli kompensasiya ödəmək lazım gəlir.

Nazirliyin məlumatına görə, dolaşalar məhsula ziyan vurur, ot bağlamalarını dağıdır, bacalarda yuva qurur, infeksiya mənbəyi olan peyini ilə ətraf mühiti çirkləndirir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net