Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir

13:43 - 15 / 05 / 2019
Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir

Bakıya ən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri gəlir, bu halda heç kəs Azərbaycanda özünü qərib hiss etmir, ən səmimi qəbulla qarşılaşır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal miqyaslı idman, mədəni və siyasi tədbirləri ən yüksək səviyyədə təşkil etməyi bacardığını əməli surətdə sübut edib.

Rusiyalı deputat deyib: “İki il bundan əvvəl Avropa Futbol Federasiyaları Assosiasiyası final matçlarının keçirilməsi üçün üç şəhər arasında seçim apararkən haqlı olaraq məhz Bakının namizədliyi üzərində dayandı. Mən özüm tez-tez Azərbaycanda oluram və açıq deyə bilərəm ki, bu ölkədə qonaqpərvərlik ab-havası milli sərvətdir: azərbaycanlılar son dərəcədə xeyirxah və səmimi insanlardır. Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun fikrincə, gözəl Bakı şəhəri ingiltərəli fanatların xoşuna gələcək. Mən isə tam əminəm ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç, necə deyərlər, hava şəraitindən asılı olmayaraq, dostluq ruhunda baş tutacaq, çünki idman ilk növbədə sülh və yalnız bundan sonra rəqabət deməkdir”.

S.Xankişiyeva

 

Paylaş:
682

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər