Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni miras qoyub | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni miras qoyub

17:22 - 11 / 12 / 2018
Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni miras qoyub

“Tarixdə bütöv bir dövrün rəmzi olan, arxasınca xalqın getdiyi, sağlığında canlı əfsanəyə çevrilən şəxsiyyətlər az-az yaranır.

Heydər Əliyev məhz belə insan idi”. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.

O vurğulayıb: “Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə ölkənin nüfuzunun artırılmasında, Rusiya ilə Azərbaycan arasında bu gün strateji xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafında bu dahi strateqin, istedadlı dövlət xadiminin tarixi rolunun əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Heydər Əliyev Sovet İttifaqı hökumətinin tərkibində işlədiyi dövrdə Rusiya ərazilərinin inkişafına da çox böyük töhfələr verib. Axı Heydər Əliyev ən mürəkkəb və məsul sahələrə, o cümlədən həmin vəzifəyə gəldiyi dövrdə dərin böhran vəziyyətində olan dəmir yoluna, habelə o dövrün digər ən iri tikintilərinə - Qərbi Sibirdən və Urenqoydan ölkənin Avropa hissəsinə qaz kəmərləri çəkilişinə, məşhur Baykal-Amur Magistralına görə cavabdeh idi. Qaz sənayesinin, elmin, təhsilin, təbabətin inkişafı onun xüsusi nəzarətində idi. Yeri gəlmişkən, mənim doğma şəhərim Novosibirskdə SSRİ Pedaqoji Elmlər Akademiyasının elmi-tədqiqat informatika və hesablama texnikası institutu məhz onun imzaladığı qərar sayəsində yaradılıb”.

Dövlət Dumasının deputatı vurğulayıb ki, Heydər Əliyev son dərəcə savadlı adam idi. D.Savelyev deyib: “Məni ən çox heyrətləndirən budur ki, Heydər Əliyev ən yüksək vəzifələrdə çalışanda da həmişə nəyi isə öyrənir, əlavə ali təhsil alırdı, o cümlədən Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Yəni o, sadəcə müdrik rəhbər deyil, həm də tarixin ibrət dərslərindən nəticə çıxarmağı bacaran, son dərəcə savadlı adam idi”.

Deputatın sözlərinə görə, Heydər Əliyevi şəxsən tanıyan adamlar təsdiqləyirlər ki, o, çox təvazökar və ilk növbədə özünə qarşı tələbkar adam idi. D.Savelyev sonda deyib: “Fikrimcə, hamı mənimlə razılaşar ki, Heydər Əliyev azərbaycanlılara güclü, firavanlasan bir ölkəni, bütün dünyaya isə həqiqi vətənpərvərlik və öz ölkəsinə hədsiz sədaqətlə xidmət nümunəsini miras qoyub”.

S.Xankişiyeva

 

Paylaş:
529

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər