Digital İnverter texnologiyalı Samsung Add Wash ilə qənaətli yuma, qüsursuz nəticə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Digital İnverter texnologiyalı Samsung Add Wash ilə qənaətli yuma, qüsursuz nəticə

10:40 - 12 / 06 / 2019
Digital İnverter texnologiyalı Samsung Add Wash ilə qənaətli yuma, qüsursuz nəticə

Yuyucu maşın gündəlik istifadə edilən məişət texnikalarından biridir və bu səbəbdən bu cihazı seçərkən dözümlülük və qənaət göstəricilərini əsas tuturuq.

Samsung invertor mühərriki üzərində işləyən Add Wash paltaryuyan maşın seriyasını təqdim edir. Digital Inverter texnologiyası “səssiz” iş prossesini təmin edir, paltar yumanın effektivliyini yüksəldir və enerji sərfiyyatını azaldır.  Digər modellərdən fərqli olaraq yeni mühərrik daha yaxşı texniki göstəricilərə malikdir və köhnəlməyə davamlıdır, bu səbəbdən də uzun istismar müddətinə sahibdir.  Bu tip motorların əsas üstün cəhəti invertor (tezlik çevirici) adlı xüsusi cihazın olmasıdır ki, bu qurğu baraban dövrələrinin sürət və tezliyini tənzimləyərək, dəyişkən cərəyanı daimi cərəyana çevirir. Bu da öz növbəsində mexanizm işini idarə etməyə və elektrik enerjisinə qənaət etməyə kömək edir.

Mexanizm daxilində cərəyan ötürən fırçaların nəzərdə tutulmadığından, hissələr arasında sürtülmə azalaraq cihazın istismar müddəti uzatmağa kömək edir. Bu səbəbdən Verband Deutscher Elektrotechniker (VDE) Alman assosiasiyası sözü gedən elektrik mühərrikini 10 illik zəmanət ilə sertifikatlaşdırıb. VDE, dünya üzrə məhsulların standartlaşdırma və sınaqdan keçirilməsi ilə məşğul olan Avropanın ən böyük texniki və elmi təşkilatıdır.

Həmçinin, texnologiyanın fırçasız istehsal olunması, işləmə prossesi zamanı titrəyiş və səs göstəricilərinin azalmasını təmin edir.

Samsung Add Wash paltaryuyan maşını uzunömürlü və dözümlü olmaqla yanaşı həm də, yuma prossesini asanlaşdıran və qısaldan yeniliyi təqdim edir.  Paltaryuyan maşınının lyukunu üzərində quraşdırılmış kiçik qapı sayəsində unutduğunuz geyimləri istədiyin zaman yuma prossesinə əlavə edə bilərsiniz. Yuyucu tozu aktiv köpüyə çevirən  EcoBubble generatorun köməyi ilə hər zaman tər təmiz geyimlərə sahib olacaqsınız. Qeyd etmək lazımdır ki, köpük istənilən yuyucu vasitədən daha yaxşı nəticələr əldə etməyə kömək edir, belə ki, oksigenlə zənginləşdirilmiş köpük parça məsamələrinə daha tez daxil olaraq ləkələri daxildən məhv edir.

Samsung Add Wash paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkələrindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
890

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər