Deputatdan Rüfət Aslanlıya sərt tənqid: 65 min maaş alır, adına şərab buraxır... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan Rüfət Aslanlıya sərt tənqid: 65 min maaş alır, adına şərab buraxır... – FOTO

12:01 - 08 / 10 / 2018
Deputatdan Rüfət Aslanlıya sərt tənqid: 65 min maaş alır, adına şərab buraxır... – FOTO

Deputat Vahid Əhmədov parlamentin bu gün keçiriləın iclasında  Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:

“Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər.

Biz haqlı idik. Bu Palata iki ildir ki, fəaliyyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına şərab buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsaydı, normal işləyərdi”.

***

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində ciddi nöqsanlar vardı: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər vardı. Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbət işartılar da özünü göstərməkdədir”.

Qeyd edək ki, ötən il “Grand Vin de Bordeux” şirkətinin Rüfət Aslanlının şərəfinə şərab istehsal etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi  ki, Maison şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzasını da görmək mümkündür.

S.Xankişiyeva

Paylaş:
780

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər