Deputat: Sosial paket 2 milyondan çox insanın rifahına müsbət təsir göstərəcək | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Sosial paket 2 milyondan çox insanın rifahına müsbət təsir göstərəcək

11:50 - 19 / 06 / 2019
Deputat: Sosial paket 2 milyondan çox insanın rifahına müsbət təsir göstərəcək

Azərbaycanın iqtisadi gücü artdıqca, dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da davamlı xarakter alır.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Azər Badamov ölkə Prezidentinin dünən imzaladığı geniş islahatlar paketi barədə danışarkən deyib.

O bildirib ki, bu ilin əvvəlində dövlət başçısının imzaladığı sosial paket çərçivəsində 3 milyondan çox vətəndaşımızın gəlirləri artıb:

“Amma bu paketin imzalanmasından sonra qeyd edilmişdir ki, bu son deyil və il ərzində yeni artımların şahidi olacayıq. Artıq ölkə başçısı növbəti sosial paketin icrasına sərəncam verdi. Sərəncama uyğun olaraq ölkədə minimum əmək haqqının 70 manat artıralaraq 250 manata çatdırılması nəzərdə tutulur. Minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılması ilə bağlı imzalnmış növbəti sərıcamlar da ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcəkdir. Bu da hər bir ailənin büdcəsinin artması deməkdir. Minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerə çıxıb”.

Deputatın sözlərinə görə, əsası odur ki, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq, ölkədə infilyasiya minimum həddə qalmaqdadır:

“Bu da əhalinin artan pul gəlirləri fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir”.

1news.az

Paylaş:
586

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər