Deputat: Prezidentin nitqi onu göstərdi ki, Azərbaycan uğurla inkişaf edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat: Prezidentin nitqi onu göstərdi ki, Azərbaycan uğurla inkişaf edir

13:13 - 10 / 10 / 2018
Deputat: Prezidentin nitqi onu göstərdi ki, Azərbaycan uğurla inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox geniş bir nitq söylədi, görülən işləri qiymətləndirdi, yekun vurdu və gələcək perspektivlər barədə də öz tövsiyələrini, tapşırıqlaını verdi.

Bunu 1news.az-a  millət vəkili Musa Quliyev oktyabrın 9-da keçirilən iclas barədə danışarkən bildirib.

O deyib ki, dövlət başçısının da söylədiyi kimi, bu il Azərbaycan üçün uğurlu il sayıla bilər:

“İlk növbədə dünyada gedən, uzun illərdir davam edən maliyyə, iqtisadi, hərbi, siyasi böhran dövründə Azərbaycan sabitlik və inkişaf adası kimi qalıb, öz inkişafını davam etdirir. Azərbaycanda bu il həm də yubileylər ili oldu. Belə ki, Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin, parlamentimizin 100 illik yubileyləri qeyd edildi, iki hərbi parad keçirildi. Kosmosa üçüncü peykimizin çıxarılması həm də intellektual, iqtisadi inkişafımızın gücünün göstəricisi kimi dünyaya bəyan edildi. Hərbi parad Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordu sırasında olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafı öz müsbət nəticələrini verməkdədir. Bu gün bizim ÜDM-nin 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Bu da cənab Prezidentin bir neçə il əvvəl strateji düşüncəsinin və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının neftlə bağlılığı tamamilə aradan qaldırılır. Neft bizim milli sərvətimizdir, nefti Allah bizə bir sərvət kimi bəxş edib. Amma biz digər potensiallarımzdan da istifadə etməklə həm regionların harmonik inkişafını təmin etdik, həm də Azərbaycanı təkcə neft ixracatçısı dövləti kimi deyil, eyni zamanda müxtəlif sahələrdə inkiaf etmiş dövlət kimi dünyaya təqdim edə bildik”.

Millət vəkili deyib ki, təkcə kənd təsərrüfatına son illərdə həm qoyulan investisiyalar, ayrılan diqqət, ölkə rəhbərliyinin qayğısı artıq kənd yerlərində yaşayan insanların məskunlaşmasını da genişləndirib:

“Bilirsiniz ki, urbanizasiya prosesi 90-cı illərin əvvəllərindən surətlə getməyə başlamışdır. Kənd yerlərindən şəhərə axın var idi, indi nəinki o proses dayanıb, əksinə, şəhərdən kəndə insanların qayıdışı və kənddə öz işlərini qurmaları, həyatlarına davam etmələri çox ciddi bir demoqrafik prosesdir. Son illərdə Azərbaycanda pambıqçılığın, baramaçılıq, ipəkçilik, bağçılıq, tütünçülüyün inkişafı ilə kəndlərdə, rayonlarda yaşayan insanların,  xüsusilə qadınların məşğulluğunun təminatı sahəsində böyük uğurlara imza atmış olduq. Xalçaçılığın inkişafı ilə bağlı dövlət başçısının fərman və sərəncamları var, görülən tədbirlər nəticəsində ölkə rəhbərinin də qeyd etdiyi kimi, 10 minlərlə insan, xüsusilə, qızlarımız və qadınlarımız işlə təmin olunublar. Bu, onların həm də sosial rifah halının yaxşılaşması, həmçinin, Azərbaycanın tarixi bir ənənəsinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və dünyaya Azərbaycan mədəniyyəti kimi təqdim edilməsidir.

Prezident şərabçılığın inkişafı ilə bağlı çox ciddi fikirlər səsələnirdi, iradlarını bildirdi, eyini zamanda bu sahəyə diqqətin artırılmasını və artıq nəticənin əldə olunmasını uğur kimi də qeyd edi. Azərbaycan markalı şərabların dünya bazarlarına çıxarılması, şərab evlərinin yaradlması, müxtəlif ölkələrdə ticarət evlərinin açılması Azərbaycanın təkə xammal deyil, eyni zamanda mədəni, ixracatçı bir ölkə kimi dünyaya tanıdır”.

M.Quliyev nəqliyyat kommunikasiya sahəsində də Azərbaycanın uğularının  xüsusi qeyd edilməli olduğunu deyib. Bildirib ki, Şərqlə Qərb istiqamətində qədim İpək Yolunun Azərbaycan üzərindən uğurla bərpa olunması mühüm addımdır: “Bakı- Tbilisi-Qars” dəmiryolu Azərbaycanın layihəsidir və onun böyük vəsaitləri, kreditləri hesabına tikilib. Bu, bütün dünyaya öz töhfəsini verə biəcək bir strukturdur. Bir çox ölkələr, Qazaxıstan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Tacikistan, o bölgələrdəki digər ölkələr də bu nəqliyyat layihəsinə qoşulmaqla, həm öz yüklrini daşıyırlar, həm də Azərbaycana da böyük dividentlər gəlir. Uzun illər idi ki, böyük dövlətlər Fars körfəzindən Fin körfəzinə getməyə çalışırdılar, amma bunu bacarmırdılar. Bunu Azərbaycan bacardı. Şmal-Cənub dəhlizi Astarada böyük dəmiryol qovşağı da tikiləndən sonra işə düşəcəkdir və bütün Hind okeanından bu yana cənubdan gələn malların hamısı Azərbaycan üzərindən Fin körfəzinə qədər gedib çatacaqdır. Bu da Azərbaycanın çox böyük uğurlarıdır”.

Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunda əldə edilmiş uğurlardan danışarkən heç şübhəsiz ki, turizm sahəsindəki nailiyyətləri də qeyd etmək lazımdır: “İstər qış turizmi, istər yay turizmi Azərbaycanda inkişaf etməkdədir. Prezidentin bu sahəyə böyük diqqət və qayğısı var.

Bütövlükdə, dünənki müşavirədə cənab prezidentin həm giriş, həm yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan uğurla inkişaf edir”.

1news.az

 

Paylaş:
410

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər